main-post-cover

    Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü

    Digər
    09.01.2025
    Emil Nəcəfov
         “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
         Qeyd edək ki, “Sıfıra doğru” şüarı altında keçirilən Zirvə toplantısı sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində qlobal yeniliklərin, eləcə də qabaqcıl təcrübələrin müzakirəsinə həsr olunub. Tədbirdə 350-dən çox dövlət və özəl sektor nümayəndəsi, yüksək vəzifəli şəxslər, iş adamları və sahə üzrə mütəxəssislər iştirak ediblər.
        Qeyd edək ki, “Azercell Telekom” MMC insan kapitalına yüksək dəyər verir və təhlükəsiz, dayanıqlı iş mühitinin qurulmasına yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət sağlamlıq və sosial rifaha yönəlmiş proqramlarla yanaşı, işçiləri ergonomik və rahat iş mühiti ilə təmin edir. Bununla yanaşı, sağlamlıq sığortası, tibbi müayinələrə çıxış, psixoloji dəstək və stressin idarə olunması üzrə təlimlər kimi işçilərin rifahının artırılmasına yönəlmiş proqramlar təklif edir. 
         “Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    “Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci
    azercell-konullulerinden-usaqlara-bayram-sevinci
    Azercell-dən Yeni il kampaniyası!
    azercell-den-yeni-il-kampaniyasi
    “Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində!
    apple-pay-ve-google-pay-odenis-usullari-ilk-defe-olaraq-azercell-tetbiqinde
    Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
    azercell-in-desteyi-ile-daha-bir-informatika-dusergesi-bas-tutub
    Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir
    azercell-suni-zeka-texnologiyasina-esaslanan-ai-chat-bot-xidmetini-teqdim-edir