main-post-cover

    Hakerlər Android smartfonlardan daha çox iPhone-lara hücum etməyə üstünlük verirlər

    Təhlükəsizlik
    27.12.2024
    Emil Nəcəfov
         Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Lookout adlı şirkət maraqlı bir statistikanı təqdim edib. Təqdim edilmiş statistikadan məlum olub ki, Android cihazlar ilk baxışdan göründüyü kimi hakerlər arasında o qədər də məşhur deyillər. iPhone smartfonları isə əksinə onlar arasında əlçatan hesab edilmir. Analitiklər bu ilin üçüncü rübü üzrə smartfonlara olmuş fişinq (phishing) kiberhücumlarının ümumi sayını təyin ediblər. Statistikaya əsasən korporativ mühitdə bütün iPhone-ların 19%-i bir dəfə də olsun kiberhücuma məruz qalıb. Android cihazlarda isə bu göstərici 10.9% təşkil edir.
           Qeyd etmək lazımdır ki, fişinq kiberhücum növünün əsas məğzi saxta veb səhifələr, elektron məktublar və s. vasitəsilə insanı öz şəxsi məlumatını bölüşməyə məcbur etməkdədir. Məsələn hakerlər Apple ID hesablarının və şifrələrinin oğurlanması üçün iCloud giriş formasını imitasiya edən saxta saytı işə sala bilərlər. Mütəxəssislərin fikirlərinə əsasən iOS daha qapalı sistem olduğu səbəbilə insanlarda təhlükəsiz sistem olması fikrini yaradır. Lakin bu, tətbiqlərin quraşdırılması mövzusunu əhatə edir. Şübhəli linklərə giriş edən diqqətsiz istifadəçi faktoru isə bütün platformalarda mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hakerlər Avropa Kosmik Agentliyinə kiberhücumlar təşkil edərək kart məlumatlarını ələ keçiriblər!
    hakerler-avropa-kosmik-agentliyine-kiberhucumlar-teskil-ederek-kart-melumalatlarini-ele-keciribler
    Süni zəka ənənəvi antivirus tətbiqlərini qeyri-effektiv edib
    suni-zeka-enenevi-antivirus-tetbiqlerini-qeyri-effektiv-edib
    Bir Avropa ölkəsinin müxalif jurnalistləri izləməsi üçün onların telefonlarına casus proqramları yüklədiyi ortaya çıxıb!
    bir-avropa-olkesinin-muxalif-jurnalistleri-izlemek-ucun-onlarin-telefonlarina-casus-proqramlari-yuklediyi-ortaya-cixib
    Android istifadəçilərinin kibertəhlükəsizliyini təhdid edən 2 yeni virus aşkar edilib!
    android-istifadecilerinin-kibertehlukesizliyini-tehdid-eden-2-yeni-virus-askar-edilib
    Bir Reddit istifadəçisi Android telefonuna Windows 11 quraşdırmağı bacarıb!
    bir-reddit-istifadecisi-android-telefonuna-windows-11-qurasdirmagi-bacarib