main-post-cover

    Apple gələn ildən öz cihazlarında fərdi Wi-Fi və Bluetooth çiplərini istifadə edəcək

    Cihazlar+
    13.12.2024
    Emil Nəcəfov
         Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti 2025-ci ildən başlayaraq öz cihazlarında fərdi Bluetooth Wi-Fi çiplərindən istifadə edəcək. Məlumatda qeyd edilib ki, çiplərdən biri Proxima kod adına sahibdir və o, bəzi Apple cihazlarında Broadcomm şirkətinin komponentlərini əvəz edəcək. Nəticədə Apple şirkəti Broadcomm-dan asılılığını azaldacaq. Məlumata əsasən sözügedən çip ilk növbədə iPhone 17, Apple TV, HomePod mini cihazlarına inteqrasiya ediləcək.
         2026-cı ildə isə çipin iPad planşetlərinə və Mac kompüterlərinə inteqrasiya ediləcəyi gözlənilir. Bloomberg bildirib ki, Apple üstəlik çipi hazırladığı fərdi 5G modem ilə birləşdirmək istəyir. Nəticədə şirkət inteqrasiya edilmiş vahid ekosistemə sahib ola bilər. Bununla belə şirkət Broadcomm ilə əməkdaşlıqdan tam şəkildə imtina etmək niyyətində deyil Belə ki, Broadcomm-un modemlər üçün nəzərdə tutulmuş radio tezlik filtrlərinin Apple cihazlarında istifadəsi davam etdiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro 2024-cü ilin ən innovasiyalı məhsulu seçilib
    apple-vision-pro-2024-cu-ilin-en-innovasiyali-mehsulu-secilib
    iOS 19 məhdud sayda funksiya ilə istifadəyə verilə bilər
    ios-19-mehdud-sayda-funksiya-ile-istifadeye-verile-biler
    Apple Watch Ultra 3 smart saatı peyk rabitəsi imkanını əldə edə bilər
    apple-watch-ultra-3-smart-saati-peyk-rabitesi-imkanini-elde-ede-biler
    Apple Vision Pro-nun satış statistikası açıqlanıb
    apple-vision-pro-nun-satis-statistikasi-aciqlanib
    Gələcək MacBook Pro-ların ekranlarında ənənəvi çıxıntı hissə olmayacaq
    gelecek-macbook-pro-larin-ekranlarinda-enenevi-cixinti-hisse-olmayacaq