main-post-cover

    Büdcəli Lenovo Tab planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.01.2025
    Emil Nəcəfov
         Lenovo şirkəti qlobal bazarda Lenovo Tab adlı yeni büdcəli planşetini təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib. Beləliklə Lenovo Tab planşeti 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 10.1 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64/128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə o, 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet qutudan Android 14 vasitəsilə çalışır. Lenovo Tab bu ilin iyun ayında satışa çıxacaq və onun qiyməti 159$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo-nun yaxın zamanda təqdim edəcəyi 4 yeni planşetin render fotoları ortaya çıxıb
    lenovo-nun-yaxin-zamanda-teqdim-edeceyi-4-yeni-plansetin-render-fotolari-ortaya-cixib
    Lenovo Legion Go S-in render fotoları və texniki imkanları ortaya çıxıb
    lenovo-legion-go-s-in-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib
    Lenovo, SteamOS vasitəsilə çalışa biləcək ilk portativ oyun konsolunu təqdim edə bilər
    lenovo-steamos-vasitesile-calisa-bilecek-ilk-portativ-oyun-konsolunu-teqdim-ede-biler
    Lenovo Legion Go S portativ oyun konsolunun texniki imkanları təqdim edilib
    lenovo-legion-go-s-portativ-oyun-konsolunun-texniki-imkanlari-teqdim-edilib
    Lenovo Legion Go S-in render fotosu təqdim edilib
    lenovo-legion-go-s-in-render-fotosu-teqdim-edilib