main-post-cover

    iPhone 17 Air və Galaxy S25 Slim kiçik həcmli batareyaya sahib ola bilərlər

    Cihazlar+
    16.01.2025
    Emil Nəcəfov
         Samsung-un 22 yanvar tarixində təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına nazik gövdəli Galaxy S25 Slim modeli daxil olacaq. Üstəlik son məlumat sızıntılarına əsasən Apple şirkəti də bu ilin ikinci yarısında öz nazik gövdəli smartfonunu təqdim edəcək. Söhbət, iPhone 17 Air-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən sözügedən smartfonlarda nazik gövdə dizaynının əldə edilməsi məqsədi öz növbəsində onlara böyük həcmli batareyaların quraşdırılmasını qeyri-mümkün edəcək.
         Məlumatda qeyd edilib ki, Samsung Galaxy S25 Slim və iPhone 17 Air smartfonlarında gövdə qalınlığı 5 mm-dən 6.9 mm-ə kimi təşkil edəcək. Bu cür nazik gövdə daxilinə isə böyük ehtimal ilə böyük həcmli batareyanı yerləşdirmək mümkün olmayacaq. İnsayderin fikrincə bu smartfonlarda batareya həcmi maksimum 3000-4000 mAh təşkil edə bilər. Belə nazik gövdəli smartfonlarda batareya həcminin aşağı olması isə məcburi addımdır. Belə ki, sözügedən smartfonlarda qızma probleminin aradan qaldırılması və onların stabil şəkildə çalışmalarının təmin olunması lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S25 Slim-in ilk render fotoları təqdim edilib
    samsung-galaxy-s25-slim-in-ilk-render-fotolari-teqdim-edilib
    TSMC şirkəti Samsung-un Exynos prosessorlarını istehsal etməkdən imtina edib
    tsmc-sirketi-samsung-un-exynos-prosessorlarini-istehsal-etmekden-imtina-edib
    Samsung-un 3 qat qatlana bilən smartfonu nə zaman təqdim olunacaq?
    samsung-un-3-qat-qatlana-bilen-smartfonu-ne-zaman-teqdim-olunacaq
    iPad Air 2025 planşetinin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
    ipad-air-2025-plansetinin-hansi-prosessoru-elde-ede-bileceyi-aciqlanib
    Apple bu il növbəti Watch SE smart saatını təqdim edəcək
    apple-bu-il-novbeti-watch-se-smart-saatini-teqdim-edecek