main-post-cover

    Nothing 2025-ci ilin əvvəli üçün 3 yeni smartfon hazırlayır

    Cihazlar+
    02.12.2024
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Nothing şirkəti 2025-ci ilin birinci yarısı üçün 3 yeni smartfonunu təqdim etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, onlardan biri Nothing Phone (2)-nin davamçısı olmalıdır. Söhbət, Nothing Phone (3)-dən gedir. Qeyd etmək lazımdır ki, Nothing Phone (3) keçən həftə Geekbench testlərindən keçdi. Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfon Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq.
         Təqdimatı planlaşdırılan ikinci smartfon Nothing Phone (3) Pro olmalıdır. Son məlumat sızıntılarına əsasən Pro model 6.7 düym ölçülü ekranla təchiz olunacaq və MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Hazırlanan üçüncü smartfon barəsində məlumat yoxdur. Lakin çox güman ki, üçüncü smartfon şirkətin CMF adlı subrendinin bu il təqdim etmiş olduğu CMF Phone 1-in davamçısı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3) smartfonu Geekbench testlərindən keçib
    nothing-phone-3-smartfonu-geekbench-testlerinden-kecib
    Nothing və Elon Musk Jaguar-ın yeni loqosunu ələ salıblar!
    nothing-ve-elon-musk-jaguar-in-yeni-loqosunu-ele-saliblar
    Nothing Phone (3) və Phone (3) Pro smartfonlarının bəzi texniki imkanları və satış qiymətləri açıqlanıb
    nothing-phone-3-ve
    Nothing şirkəti fərdi əməliyyat sistemini hazırlamağı planlaşdırır
    nothing-sirketi-ferdi-emeliyyat-sistemini-hazirlamagi-planlasdirir
    Qaranlıqda işıq saçan Nothing Phone (2a) Plus Community Edition smartfonu təqdim edilib - QİYMƏTİ
    qaranliqda-isiq-sacan-nothing-phone-2a-plus-community-edition-smartfonu-teqdim-edilib-qiymeti