main-post-cover

    OnePlus 13-ün qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.01.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti keçən ilin oktyabr ayının sonunda Çində OnePlus 13 flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət bu smartfonun qlobal versiyasını təqdim edib. OnePlus 13-ün qlobal versiyası əsas texniki imkanlar baxımından Çində satılan versiyadan heç fərqlənmir. OnePlus 13 qlobal bazarda iki versiyada təqdim edilib. Birinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya isə 16 GB RAM-və 512 GB daxili yaddaş həcminə sahibdir. Qeyd etmək lazımdır ki, OnePlus 13 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3168х1440 piksel keyfiyyətli 6.82 düym ölçülü OLED ekranla təchiz olunub.
         Smartfonun gövdəsi isə IP68/69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Kameralar mövzusunda OnePlus 13 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. OnePlus 13-ün qlobal versiyası artıq satışa çıxıb və onun qiyməti 899$-dan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən OnePlus Open 2-nin ilk render fotoları təqdim edilib
    qatlana-bilen-oneplus-open-2-nin-ilk-render-fotolari-teqdim-edilib
    OnePlus Buds Ace 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-buds-ace-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Yeni OnePlus Pad planşeti təqdim edilib - QİYMƏTİ
    yeni-oneplus-pad-planseti-teqdim-edilib-qiymeti
    OnePlus Ace 5 və Ace 5 Pro təqdim olunub - QİYMƏTİ
    oneplus-ace-5-ve-ace-5-pro-teqdim-olunub-qiymeti
    Məşhur insayder qatlana bilən OnePlus Open 2 smartfonu barəsində yeni təfərrüatları təqdim edib
    meshur-insayder-qatlana-bilen-oneplus-open-2-smartfonu-baresinde-yeni-teferruatlari-teqdim-edib