main-post-cover

    OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib

    Cihazlar+
    21.01.2025
    Emil Nəcəfov
         Biz biraz əvvəl xəbər verdik ki, OPPO-nun təqdimata hazırlaşan yeni qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib. İndi isə sözügedən smartfonun yeni fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib. Fotolardan birində OPPO Find N5-in gövdə qalınlığı iPhone 16 Pro-nun gövdə qalınlığı ilə müqayisə edilib. Qeyd etmək lazımdır ki, iPhone 16 Pro-nun gövdə qalınlığı 8.3 mm təşkil edir.
         OPPO Find N5-in tam açıq vəziyyətdə gövdə qalınlığı isə iPhone 16 Pro-nun USB-C girişinin qalınlığından cüzi böyükdür. Bu isə OPPO Find N5-i dünyanın hal-hazırda ən nazik gövdəli qatlana bilən smartfonu edir. Bəzi məlumatlara əsasən nazik gövdəyə sahib olacağına baxmayaraq OPPO Find N5 böyük həcmli batareyanı və sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, OPPO-nun bu yeni qatlana bilən smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib
    qatlana-bilen-oppo-find-n5-smartfonu-geekbench-testlerinden-kecib
    OPPO Find X8 Mini smartfonunun bəzi əsas texniki imkanları təqdim edilib
    oppo-find-x8-mini-smartfonunun-bezi-esas-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən OPPO Find N5 smartfonunun render fotosu təqdim edilib
    qatlana-bilen-oppo-find-n5-smartfonunun-render-fotosu-teqdim-edilib
    Orta büdcəli OPPO A5 2025-in render fotoları və texniki imkanları təqdim edilib
    orta-budceli-oppo-a5-2025-in-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən OPPO Find N5 smartfonunun real fotosu ortaya çıxıb
    qatlana-bilen-oppo-find-n5-smartfonunun-real-fotosu-ortaya-cixib