main-post-cover

    OPPO Find X8 Mini smartfonunun texniki imkanları açıqlanıb

    Cihazlar+
    07.01.2025
    Emil Nəcəfov
         OPPO şirkəti yaxın zamanda OPPO Find X8 smartfon seriyasına daxil olacaq yeni modeli təqdim edə bilər. Söhbət, OPPO Find X8 Mini-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində təqdimata hazırlaşan bu smartfonun texniki imkanları barəsində təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən OPPO Find X8 Mini smartfonu 1.5K keyfiyyətli 6.31 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq.
         Smartfon həmçinin özündə Sony-nin IMX9 seriyasına daxil olan əsas arxa kameranı və 50 MP-lik periskop kameranı birləşdirəcək. İnsayder əlavə edib ki, barmaq izi skanı texnologiyası bu smartfonda birbaşa ekrana inteqrasiya ediləcək. Məlumatda qeyd edilib ki, OPPO Find X8 Mini smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. OPPO Find X8 Mini modelinin qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir. Bununla yanaşı heç istisna deyil ki, şirkət OPPO Find X8 Mini ilə birlikdə Find X8 Ultra-nı da təqdim etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO şirkəti OPPO Find X8s smartfonu üzərində çalışır
    oppo-sirketi-oppo-find-x8s-smartfonu-uzerinde-calisir
    OPPO kompakt ölçülü Find X8 Mini smartfonu üzərində çalışmış ola bilər
    oppo-kompakt-olculu-find-x8-mini-smartfonu-uzerinde-calismis-ola-biler
    Dözümlü gövdəyə sahib OPPO A5 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-oppo-a5-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Gələn il təqdim olunacaq OPPO Find X8 Ultra-nın bəzi texniki imkanları açıqlanıb
    gelen-il-teqdim-olunacaq-oppo-find-x8-ultra-nin-bezi-texniki-imkanlari-aciqlanib
    OPPO iki yeni planşet üzərində çalışır
    oppo-iki-yeni-planset-uzerinde-calisir