main-post-cover

    POCO X7 5G-nin texniki imkanları açıqlanıb

    Cihazlar+
    23.12.2024
    Emil Nəcəfov
          Xiaomi-nin POCO brendi qlobal bazarda POCO X7 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya iki model daxil olacaq. POCO X7 5G və X7 Pro 5G. İndi isə insayderlər POCO X7 5G modelinin texniki imkanlarını açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Ekran üstəlik Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq.
         Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Məlumatda qeyd olunub ki, POCO X7 5G smartfonu MediaTek Dimensity 7300 Ultra prosessoru vasitəsilə çalışacaq və 12 GB-a kimi RAM ilə 512 GB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 20 MP-lik ön kameraya sahib olmalıdır. Batareyaya gəldikdə isə insayderlər bildiriblər ki, POCO X7 5G 45 vatt gücündə sürətli şarj texnologiyalı 5110 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. POCO X7 smartfon seriyasının 2025-ci ilin əvvəlində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi YU7 elektrikli krossoverinin real fotoları ortaya çıxıb
    xiaomi-yu7-elektrikli-krossoverinin-real-fotolari-ortaya-cixib
    Xiaomi 15 Ultra-nın iki özəlliyi məlum olub
    xiaomi-15-ultra-nin-iki-ozelliyi-melum-olub
    Huawei qlobal smart saat bazarının liderinə çevrilib
    huawei-qlobal-smart-saat-bazarinin-liderine-cevrilib
    Xiaomi CIVI 5 Pro barəsində məlumatlar verilib
    xiaomi-civi-5-pro-baresinde-melumatlar-verilib
    REDMI Turbo 4-ün render fotosu ortaya çıxıb
    redmi-turbo-4-un-render-fotosu-ortaya-cixib