Redmi K70 Ultra-nın rəsmi fotoları təqdim edilib
Cihazlar+
11.07.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi dünən Redmi K70 Ultra-nın yeni tizer posterini təqdim etdi. Tizer posterdə smartfon qaranlıq fonda əks olunsa da onun arxa panelini görmək olardı. İndi isə Redmi brendi Redmi K70 Ultra-nın arxa panelini tam aydın şəkildə sərgiləyən fotoları təqdim edib. Təqdim edilmiş fotolarda smartfon Ice Glass adlı gövdə rəngində əks olunub. Bununla yanaşı məlumata əsasən Redmi K70 Ultra-nın gövdəsi metal materialdan hazırlanacaq və onun arxa paneli şüşə örtüyə sahib olacaq.
Fotolarda bir daha görmək olar ki, Redmi K70 Ultra-nın arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma olacaq. Bundan əlavə olaraq Redmi brendi bu yeni smartfonun bəzi texniki imkanlarını sərgiləyən fotonu da təqdim edib. Təqdim edilmiş fotoya əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekranı əldə edəcək və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Redmi K70 Ultra-nın bu ay ərzində qatlana bilən Xiaomi MIX Fold 4 və MIX Flip smartfonları ilə birgə təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Bir neçə gün bundan öncə Xiaomi şirkətinin CEO-su Lei Jun rəsmi şəkildə təsdiqlədi ki, şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və ilk qatlana bilən qapaqlı MIX Flip smartfonları artıq bu ay ərzində təqdim olunacaqlar.
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
POCO M6 Plus 5G smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib.
Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan Redmi K70 Ultra flaqman smartfonunun yeni tizer posterini təqdim edib.
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
Samsung bu ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək yeganə şirkət olmayacaq. Belə ki, Xiaomi bu ay qatlana bilən Xiaomi MIX Fold 4-ü və qatlana bilən qapaqlı MIX Flip-i təqdim edəcək.
Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi Redmi 13 5G smartfonu ilə yanaşı həmçinin Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlığını da təqdim edib.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ