main-post-cover

    Samsung Galaxy Ring 2 smart üzüyü artıq yaxın zamanda təqdim oluna bilər

    Cihazlar+
    27.12.2024
    Emil Nəcəfov
         Son məlumat sızıntılarına əsasən Samsung şirkəti yanvar ayının sonuna yaxın Galaxy S25 smartfonlarını təqdim edəcək. Bunun 22 yanvar tarixində baş tutacağı güman edilir. Qeyd etmək lazımdır ki, Galaxy S25 smartfonları Galaxy Unpacked 2025 tədbiri çərçivəsində təqdim olunacaqlar. İndi isə insayderlər bildiriblər ki, şirkət Galaxy Unpacked tədbiri çərçivəsində üstəlik Galaxy Ring 2 smart üzüyünü təqdim edə bilər.
        Onların sözlərinə əsasən bu ilin ikinci yarısında təqdim edilmiş birinci nəsil Galaxy Ring-də olduğu kimi Galaxy Ring 2 halında da şirkət 9 ölçü versiyasını təqdim edəcək. Lakin digər tərəfdən şirkət smart üzük bazarında lider şirkətlərdən biri olan Oura ilə daha yaxşı rəqabət aparmaq üçün əlavə 2 ölçü versiyasını da təqdim edə bilər. Gözləntilərə əsasən birinci nəsil Galaxy Ring ilə müqayisədə Galaxy Ring 2 daha nazik gövdəyə sahib olacaq və bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcək. Qeyd etmək lazımdır ki, birinci nəsil Galaxy Ring bir dəfə şarj olunandan sonra 7 gün ərzində çalışa bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər
    samsung-galaxy-ring-2-smart-uzuyunu-daha-tez-satisa-cixara-biler
    Samsung ölçüsünü dəyişdirə bilən yeni smart üzüyünü patentləşdirib
    samsung-olcusunu-deyisdire-bilen-yeni-smart-uzuyunu-patentlesdirib