Samsung Galaxy Z Fold 7 vacib özəllikdən məhrum ola bilər
Cihazlar+
21.01.2025
Emil Nəcəfov
Samsung şirkəti bu ilin ikinci yarısında qatlana bilən Galaxy Z Fold 7 smartfonunu təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən yeni qatlana bilən smartfon əsas özəlliklərindən birini itirə bilər. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 3-dən başlayaraq bütün Galaxy Z Fold modellərində S Pen stilusunun dəstəyi reallaşdırılıb. Lakin yeni məlumata əsasən Galaxy Z Fold 7 smartfonu keçən ilin oktyabr ayında təqdim edilmiş Galaxy Z Fold Special Edition smartfonunun yolu ilə gedə bilər.
Yəni yeni smartfon S Pen stilusunun dəstəyindən məhrum ola bilər. Keçən il təqdim edilmiş Galaxy Z Fold Special Edition smartfonu stilus dəstəyindən məhrum olduğu üçün Samsung onun gövdəsini daha nazik edə bildi. Nəticədə smartfonun tam açıq vəziyyətdə gövdə qalınlığı 4.9 mm, qatlanmış vəziyyətdə gövdə qalınlığı isə 10.6 mm təşkil etdi. Məlumata əsasən Samsung şirkəti Galaxy Z Fold 7-də də gövdənin nazik olmasına istiqamətlənmiş ola bilər. Bu halda smartfondan S Pen stilusunun dəstəyi aradan qaldırılacaq. Bununla yanaşı gözləntilərə əsasən Galaxy Z Fold 7 smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər
Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər
Keçən il ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti 2025-ci ildə 4 ədəd yeni qatlana bilən smartfon təqdim edəcək.
Samsung Galaxy S25 Slim-in gövdəsinin nə dərəcədə nazik olacağı sərgilənib
Samsung Galaxy S25 Slim-in gövdəsinin nə dərəcədə nazik olacağı sərgilənib
Samsung şirkətinin gələn həftə təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına 4 model daxil olacaq. Galaxy S25, S25+, S25 Ultra və S25 Slim.
Samsung dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro smartfonu üzərində çalışır
Samsung dözümlü gövdəyə sahib Galaxy XCover 7 Pro smartfonu üzərində çalışır
Samsung şirkəti keçən ilin əvvəlində dözümlü gövdəyə sahib Galaxy XCover 7 smartfonunu təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət onun Pro versiyası üzərində çalışır.
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Samsung şirkəti Galaxy S25 smartfonlarını artıq gələn həftə təqdim edəcək. Bu, 22 yanvar tarixində baş tutacaq. Təqdimata sayılı günlər qalmış internetdə Galaxy S25 smartfonlarının bəzi reklam fotoları ortaya çıxıb.
Samsung öz flaqman smartfonları üçün yeni batareya texnologiyası üzərində çalışır
Samsung öz flaqman smartfonları üçün yeni batareya texnologiyası üzərində çalışır
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti öz smartfonları üçün nəzərdə tutulmuş yeni batareya texnologiyası üzərində çalışır və hazırlanan batareya texnologiyası gələn il təqdim olunacaq Galaxy S26 smartfonlarının bir dəfə şarj olunmalarından sonra onların daha uzun müddət ərzində çalışmalarını təmin edə bilər.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ