main-post-cover

    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    15.01.2025
    Emil Nəcəfov
         Biz biraz əvvəl xəbər verdik ki, ASUS şirkəti növbəti flaqman smartfonu olacaq ASUS Zenfone 12 Ultra-nın təqdimatını anons edib. Sözügedən smartfon 6 fevral tarixində təqdim ediləcək. İndi isə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən ASUS Zenfone 12 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3036 xal, çox nüvəli testi çərçivəsində isə 9656 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS Zenfone 12 Ultra flaqman smartfonunun təqdimatı anons edilib
    asus-zenfone-12-ultra-flaqman-smartfonunun-teqdimati-anons-edilib
    Kompakt ölçülü ASUS ROG NUC 2025 kompüteri təqdim edilib
    kompakt-olculu-asus-rog-nuc-2025-komputeri-teqdim-edilib
    ASUS TUF Gaming A18 gaming noutbuku təqdim edilib
    asus-tuf-gaming-a18-gaming-noutbuku-teqdim-edilib
    GeForce RTX videokartına sahib ASUS Vivobook Pro 15 noutbuku təqdim edilib - QİYMƏTİ
    geforce-rtx-videokartina-sahib-asus-vivobook-pro-15-noutbuku-teqdim-edilib-qiymeti
    AMD prosessorlu ASUS ROG Flow Z13 (2025) gaming planşeti təqdim edilib - QİYMƏTİ
    amd-prosessorlu-asus-rog-flow-z13-2025-gaming-planseti-teqdim-edilib-qiymeti