Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin keyfiyyətli render fotoları təqdim edilib
Cihazlar+
09.07.2024
Emil Nəcəfov
OnePlus şirkəti 16 iyul tarixində OnePlus Nord 4 smartfonu ilə yanaşı həmçinin OnePlus Pad 2 planşetini də təqdim edəcək. Bu planşet bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Pad Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə OnePlus Pad 2-nin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, OnePlus Pad 2 planşeti xarici görünüşcə keçən ilki OnePlus Pad-ə bənzəyəcək. Planşetin arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Ön paneldən isə planşet qalın ekran ətrafı çərçivəni əldə edəcək. OnePlus Pad 2-nin 12.1 düym ölçülü IPS ekranla təchiz olunacağı, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli render fotoları təqdim edilib
OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə təqdimata hazırlaşan OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli fotolarını təqdim edib.
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
Bir neçə müddət bundan öncə OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonunu təqdim etmişdi.
Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin texniki imkanları açıqlanıb
Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin texniki imkanları açıqlanıb
OnePlus şirkəti 16 iyul tarixində keçirəcəyi növbəti təqdimat tədbiri çərçivəsində OnePlus Nord 4 smartfonu ilə yanaşı OnePlus Pad 2 planşetini də təqdim edəcək.
OnePlus Nord 4-ün detallı texniki özəllikləri təqdim edilib
OnePlus Nord 4-ün detallı texniki özəllikləri təqdim edilib
OnePlus şirkəti 16 iyul tarixində OnePlus Nord smartfon seriyasının yeni modelini təqdim edəcək. Söhbət, OnePlus Nord 4-dən gedir.
OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
OnePlus və OPPO 6000 mAh-dan daha böyük həcmli batareyalara sahib smartfonlar üzərində çalışırlar
OnePlus şirkəti bir neçə gün bundan öncə Çində OnePlus Ace 3 Pro smartfonunu təqdim etdi. Bu smartfonun əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, 6100 mAh enerji tutumlu batareyanı əldə edib.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ