main-post-cover

    Təqdimata hazırlaşan REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    27.12.2024
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi yanvar ayının əvvəlində REDMI Turbo 4 smartfonunu təqdim edəcək. Artıq rəsmi şəkildə təsdiqlənib ki, bu yeni smartfon MediaTek şirkətinin Dimensity 8400 Ultra adlı yeni prosessoru vasitəsilə çalışacaq. İndi isə məlum olub ki, REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun performansı və bəzi digər özəllikləri məlum olub.
        İlk öncə onu qeyd etmək lazımdır ki, Geekbench bençmarkı da bir daha təsdiqləyib ki, bu yeni smartfon Dimensity 8400 Ultra prosessorunu əldə edəcək. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə REDMI Turbo 4 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1642 xal, çox nüvəli testi çərçivəsində isə 6056 xal toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazar üçün REDMI 14C 5G smartfonunun təqdimatı anons edilib
    qlobal-bazar-ucun-redmi-14c-5g-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 qlobal bazarda da satışa çıxacaq
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-qlobal-bazarda-da-satisa-cixacaq
    Hələ təqdim olunmamış REDMI K80 Ultra-nın hansı prosessoru əldə edəcəyi açıqlanıb
    hele-teqdim-olunmamis-redmi-k80-ultra-nin-hansi-prosessoru-elde-edeceyi-aciqlanib
    Gələn ayın əvvəlində REDMI Book 16 2025 noutbuku təqdim ediləcək
    gelen-ayin-evvelinde-redmi-book-16-2025-noutbuku-teqdim-edilecek
    REDMI Turbo 4 Pro smartfonu 7000 mAh-dan daha böyük həcmdə batareyanı əldə edə bilər
    redmi-turbo-4-pro-smartfonu-7000-mah-dan-daha-boyuk-hecmde-batareyani-elde-ede-biler