main-post-cover

    App Store-da tətbiqlərin axtarışı prosesi sadələşdirilib

    Proqram Təminatı
    10.01.2025
    Emil Nəcəfov
         Apple özünün tətbiqlər mağazası olan App Store platformasını yeniləyərək onun interfeysini bir qədər dəyişib. Apple tərtibatçıları mağazanın naviqasiya prosesini təkmilləşdiriblər. Bu, istifadəçilərin mağaza daxilində iPhone və digər Apple cihazları üçün lazımi tətbiqləri daha rahat şəkildə axtarıb tapmaları məqsədilə edilib. Yenilənmiş App Store-a daxil olan zaman görmək olar ki,  Games, Apps və Arcade bölmələri ekranın yuxarı hissəsinə keçid ediblər.
        Bunun sayəsində bu bölmələr daha nəzərə çarpan olublar. Bu bölmələrdən hər birinə daxil olan zaman isə istifadəçi müxtəlif kateqoriyalardan təşkil edilmiş karuseli görə bilər. Bu öz növbəsində lazımi mobil oyunların və tətbiqlərin axtarıb tapılması prosesini sadələşdirməlidir. Qeyri-rəsmi məlumata əsasən isə kateqoriyalar daxilində istifadəçinin daha öncəki axtarış və yükləmə tarixçəsi əsasında məsləhət xarakterli sistem fəaliyyət göstərəcək. Yəni bu sistem hər bir kateqoriya üzrə istifadəçinin daha öncəki axtarış və yükləmə tarixçəsi əsasında müəyyən tətbiqləri təklif edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder növbəti iPhone SE-nin nə zaman satışa çıxacağını açıqlayıb
    meshur-insayder-novbeti-iphone-se-nin-ne-zaman-satisa-cixacagini-aciqlayib
    Samsung və Apple 6000 mAh-dan daha böyük həcmli smartfonlar təqdim edə bilərlər
    samsung-ve-apple-6000-mah-dan-daha-boyuk-hecmli-smartfonlar-teqdim-ede-bilerler
    iPhone 17 çoxdan gözlənilən ekran özəlliyini əldə edəcək
    iphone-17-coxdan-gozlenilen-ekran-ozelliyini-elde-edecek
    Apple şirkətinin bazar dəyəri 4 trilyon dollar təşkil edə bilər
    apple-sirketinin-bazar-deyeri-4-trilyon-dollar-teskil-ede-biler
    Qatlana bilən iPhone-nun istehsal və satış müddəti açıqlanıb
    qatlana-bilen-iphone-nun-istehsal-ve-satis-muddeti-aciqlanib