main-post-cover

    Grok çat-botunun tətbiqi iOS üçün istifadəyə verilib

    Proqram Təminatı
    10.01.2025
    Emil Nəcəfov
         Elon Musk-a məxsus olan xAI şirkəti özünün Grok adlı süni zəka əsaslı çat-botunu ilk növbədə X-də (keçmiş Twitter) istifadəyə vermişdi və ondan yalnız X Premium abunəliyinin istifadəçiləri faydalana bilərdilər. Lakin keçən ilin sonuna yaxın X-in istənilən istifadəçisi üçün bu çat-botdan faydalanmaq imkanı verildi. İndi isə xAI şirkəti Grok-u ayrıca tətbiq şəklində istifadəyə verib. Tətbiq hələ test rejimində yalnız iOS istifadəçiləri üçün təqdim edilib. Onu App Store-dan yükləmək olar. Tətbiqin əsas fərqləndirici tərəfi Grok-un pulsuz versiyasından məhdud şəkildə istifadədir. Belə ki, tətbiq istifadəçilərinə hər iki saatdan bir 10 sorğu göndərmək icazəsi verilir. Bununla yanaşı istifadəçilər gün ərzində yalnız 3 ədəd foto analiz sorğusu göndərə bilərlər. Tətbiqdən istifadəçi hesabına sahib olmadan istifadə etmək olar. Lakin buna baxmayaraq tətbiq daxilində X, Google, Apple hesabları və elektron poçt vasitəsilə giriş imkanı mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Grok çat-botu X-in (keçmiş Twitter) bütün istifadəçiləri üçün aktiv olub
    grok-cat-botu-x-in-kecmis-twitter-butun-istifadecileri-ucun-aktiv-olub
    Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
    elon-musk-in-100000-gpu-lu-superkomputeri-ilk-defe-goruntulenib-video
    Süni zəka əsaslı Grok çat-botunun təılimatlandırılmasının hansı qiymətə başa gəldiyi məlum olub
    suni-zeka-esasli-grok-cat-botunun-teilimatlandirilmasinin-hansi-qiymete-basa-geldiyi-melum-olub
    Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
    elon-mask-suni-intellekt-ucun-xususi-superkomputer-quracaq
    Elon Musk-ın xAI şirkəti 6 milyard dollar investisiya əldə etməyə hazırlaşır
    elon-musk-in-xai-sirketi-6-milyard-dollar-investisiya-elde-etmeye-hazirlasir