Rusiya 2025-ci ildə WhatsApp-ı bloklamağı planlaşdırır!
Sosial Media
25.12.2024
Farid Pardashunas
Rusiya 2025-ci ildə məşhur WhatsApp mesajlaşma proqramını bloklamağı planlaşdırır. Rusiyalı senator Artyom Sheykin RİA Novosti-yə açıqlamasında bildirib ki, platforma istifadəçi məlumatlarını Rusiya təhlükəsizlik xidmətləri ilə bölüşməkdən imtina edərsə, bloklanma ehtimalı daha da artacaq.
Rusiya Dövlət Dumasının üzvü Oleg Matveychev WhatsApp-ın terrorçu və radikal qruplar tərəfindən istifadə edildiyini iddia edib. Matveychev platformanın Rusiya təhlükəsizlik qurumları ilə əməkdaşlıq etməkdən imtina etdiyini vurğulayaraq belə deyib: "Rusiya hakimiyyət orqanları WhatsApp-ın əməkdaşlığa açıq olub-olmadığını görəcək. Top indi onların meydançasındadır".
Dekabrın 19-da Rusiyanın media tənzimləyicisi Roskomnadzor, WhatsApp və Skype-ı istifadəçi məlumatlarını Rusiyada saxlamağı və təhlükəsizlik qurumlarına təqdim etməyi məcburi edən bir reyestrə daxil edib. Lakin WhatsApp rəhbərliyi hələlik bu qaydalara əməl etmək üçün addım atmayıb. Rusiya bundan əvvəl terrorla mübarizə qanunlarını pozduğu səbəbiylə populyar mesajlaşma tətbiqi Viber-i də bloklamışdı. Facebook, Instagram və keçmiş adı ilə Twitter (indiki X) kimi sosial media platformalarına isə Ukraynanın işğalının ilk günlərindən etibarən Rusiyada VPN olmadan giriş mümkün deyil.
Rusiya hökumətinin populyar mesajlaşma tətbiqlərində beynəlxalq zəngləri tamamilə qadağan etmək və ya xarici istifadəçilərin zənglərini məhdudlaşdırmaq kimi yeni addımlar atmağı planlaşdırdığı barədə də məlumatlar dolaşır. Kommersant qəzetinə görə, bu qərar fırıldaq məqsədli zənglərin artması səbəbindən gündəmə gəlib və bu zənglərin təxminən 70%-nin xaricdən edildiyi qeyd olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni ildən WhatsApp-ın dəstəyi bəzi köhnə Android smartfonlarda dayandırılacaq
Yeni ildən WhatsApp-ın dəstəyi bəzi köhnə Android smartfonlarda dayandırılacaq
Ortaya çıxmış məlumata əsasən 1 yanvar 2025-ci il tarixindən başlayaraq bəzi Android smartfonlarda WhatsApp-ın dəstəyi dayandırılacaq. Söhbət, 10 ildən çox müddət bundan öncə satışa çıxmış Android smartfonlardan gedir.
WhatsApp-a süni intellekt dəstəkli mesaj cavablama funksiyası gəlir!
WhatsApp-a süni intellekt dəstəkli mesaj cavablama funksiyası gəlir!
WhatsApp-ın 2.24.26.16 kodlu Android beta versiyasında bizneslər üçün faydalı olan bir funksiya aşkar edilib. Bu funksiya müştərilərdən gələn mesajlara süni intellektin cavab verməsini təmin edəcək.
WhatsApp xarici dillərdəki mesajları tərcümə edə biləcək!
WhatsApp xarici dillərdəki mesajları tərcümə edə biləcək!
WhatsApp-ın mesaj tərcümə funksiyası üzərində işlədiyi məlum olub. Beləliklə, fərqli dildə gələn mesajları bir toxunuşla tərcümə edə biləcəksiniz.
WhatsApp-a videozənglərlə bağlı yeniliklər əlavə edilib
WhatsApp-a videozənglərlə bağlı yeniliklər əlavə edilib
WhatsApp tərtibatçıları messencerə yeni imkanlar əlavə ediblər. Əlavə edilmiş imkanlar videozəng xüsusiyyətini əhatə edirlər. Beləliklə bundan sonra istifadəçilər qrup çatında konkret şəxslərə video vasitəsilə zəng edə biləcəklər.
Artıq Rusiya da Şimali Koreya kimi qlobal internetlə əlaqəsini dayandıracaq!
Artıq Rusiya da Şimali Koreya kimi qlobal internetlə əlaqəsini dayandıracaq!
Rusiya, addım-addım özünü qlobal internetdən ayırmağa doğru irəliləyir. Yeni hesabatlar onu göstərir ki, bu istiqamətdə testlər davam edir və əksər VPN-lər məhdudiyyətləri aşa bilmir.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ