X-in (keçmiş Twitter) yeni istifadəçiləri məcburi illik ödəniş etməli olacaqlar
Sosial Media
18.10.2023
Emil Nəcəfov
Elon Musk X (keçmiş Twitter) üçün nəzərdə tutulmuş növbəti yeniliyi anons edib. Belə ki, bundan sonra X-in hər yeni istifadəçisi sosial şəbəkədən istifadə etmək üçün simvolik məbləğdə illik ödəniş etməli olacaq. Bu, X-in “Not a Bot” adlı proqramı çərçivəsində atılmış növbəti addımıdır. Sözügedən proqram X-də fake hesablarla mübarizə aparmaq üçün nəzərdə tutulub. Musk-ın sözlərinə əsasən bu proqram fake hesabların və botların aktivlikləri ilə mübarizənin aparılmasında əlavə tədbir olacaq.
“Not a Bot” proqramı ilk növbədə Yeni Zelandiyanı və Filippini əhatə edəcək. Bu ölkələrdə X-də veb üzərindən qeydiyyatdan keçmiş yeni istifadəçilər sosial şəbəkənin baza funksiyalarına sahib olmaq üçün ildə 1$ ödəniş etməli olacaqlar. Bununla yanaşı onlar öz hesablarını mobil nömrə vasitəsilə təsdiqləməli olacaqlar. İllik 1$ ödənişi etməkdən imtina edəcək yeni istifadəçilər X-də sadəcə olaraq mesajlara və videolara baxmaq imkanına sahib olacaqlar. Sosial şəbəkənin digər imkanları onlar üçün aktiv olmayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ