main-post-cover

    YouTube clickbait başlıqlı videolarla mübarizə aparmağa başlayacaq

    Sosial Media
    23.12.2024
    Emil Nəcəfov
        YouTube-dakı bəzi videolarda gözləntiləri əsasən doğrultmayan başlıqlar və üzlük fotoları istifadəçilərdə çox zaman qıcıqlanmaya səbəb olurlar. Bunlara clickbait başlıqlar deyilir. Onlar istifadəçilərin diqqətlərini özlərinə çəkməyə istiqamətləniblər və bir çox halda nəticə etibarilə məlum olur ki, videonun başlığı ilə onun tərkib hissəsi arasında heç bir əlaqə yoxdur. Google da bu problemin mövcudluğunu anlayır və onunla mübarizə üçün ilk addımını atır.
        Ortaya çıxmış məlumata əsasən YouTube aldadıcı başlıqlara sahib videoları videoservisdən siləcək. Bu praktika hələ ki, Hindistanda tətbiq ediləcək və xəbər məzmunlu videoları əhatə edəcək. Lakin burda söhbətin siyasi xəbərlərdən və ya xəbər anlayışı altında cəmləşən müxtəlif mövzulardan getdiyi bilinmir. Video başlığının onun tərkib hissəsinə nə dərəcədə uyub-uymadığının hansı üsul ilə təyin ediləcəyi də aydın deyil. Çox güman ki, şirkət bu mövzuda süni zəkadan istifadə edəcək. Bu halda süni zəka videoların tərkib hissələrini analiz edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    YouTube-da səsli şərhlər test edilir
    youtube-da-sesli-serhler-test-edilir
    YouTube-da videoların süni zəka vasitəsilə dublyajı funksiyası istifadəyə verilib
    youtube-da-videolarin-suni-zeka-vasitesile-dublyaji-funksiyasi-istifadeye-verilib
    YouTube-da yeni canlı oyun dövrü başlayır!
    youtube-da-yeni-canli-oyun-dovru-baslayir
    YouTube Shorts-a süni zəka vasitəsilə dinamik fon görüntülərinin tərtibatı funksiyası əlavə edilib
    youtube-shorts-a-suni-zeka-vasitesile-dinamik-fon-goruntulerinin-tertibati-funksiyasi-elave-edilib
    Avtraliyada 16 yaşından aşaöı uşaqlar üçün sosial media platformaları qadağan olunacaq
    avtraliyada-16-yasindan-asaoi-usaqlar-ucun-sosial-media-platformalari-qadagan-olunacaq