main-post-cover

    OpenAI məntiq yürüdə bilən o3 və o3 mini adlı yeni süni zəka modellərini təqdim edib

    Süni İntellekt
    23.12.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti iki yeni süni zəka modelini təqdim edib. Onlardan birincisi o3, ikincisi isə o3 mini adlanır. Bu süni zəka modellərinin əsas fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onlar məntiq yürütmək bacarığına sahibdirlər. OpenAI xüsusilə qeyd edib ki, bu yeni süni zəka modellərinin istifadəyə verilməsindən hələ söhbət getmir. Belə ki, onların təlimatlandırılma prosesləri hələ davam etməkdədir. Buna görə də onların final versiyaları indiki versiyalardan tamamilə fərqlənə bilərlər. Şirkət özü bu süni zəka modellərinin nə zaman istifadəyə veriləcəklərini hələ bilmir. Lakin bununla belə o bu süni zəka modellərinin testləri üçün tədqiqatçıların cəlb olunması istiqamətində artıq sorğuları qəbul etməyə başlayıb.
         Bu ilin sentyabr ayında şirkət o1 süni zəka modelini istifadəyə vermişdi. Məntiqlə yeni süni zəka modeli o2 adlanmalı idi. Lakin Böyük Britaniyada O2 adlı telekommunikasiya şirkəti fəaliyyət göstərdiyi səbəbilə OpenAI ola biləcək hər hansısa anlaşılmazlıqdan yan keçmək üçün məhz o3 və o3 mini adlarını seçib. “Məntiq yürüdə bilən süni zəka” anlayışı son zamanlarda süni zəka və machine learning texnologiyaları sahəsində dəbə minib. Bu anlayışın məğzi isə ondadır ki, bu və ya digər tapşırığın öhdəsindən gəlmək üçün süni zəka sistemi qeyd edilmiş təlimatları daha kiçik tapşırıqlara parçalayır. Nəticədə süni zəka daha dəqiq nəticəni əldə edə bilir.
         OpenAI şirkətinin sözlərinə əsasən o3 süni zəka modeli şirkətin daha öncəki modellərini performans baxımından bütün istiqamətlərdə geridə qoyur. Süni zəka imkanlarının insan zəkası imkanları ilə müqayisəsi üçün nəzərdə tutulmuş ARC-AGI adlı test çərçivəsində o3 modeli 88%-lik nəticə sərgiləyərək o1-i 3 dəfə üstələyib. Bundan əlavə olaraq o1 ilə müqayisədə o3 proqram təminatı kodlarını 22.8% daha sürətlə tərtib edir. Yeni süni zəka modeli həmçinin proqramlaşdırma yarışında OpenAI şirkətinin aparıcı elmi əməkdaşını da geridə qoymağı bacarıb.
         Bu yeni süni zəka modeli üstəlik AIME 2024 adlı ən qəliz riyazi testlərdən birini də demək olar həll edib. Belə ki, o3 sadəcə bir sualı cavabsız qoyub. Ən qəliz riyazi və məntiqi testlərdə o3 qeyd edilmiş tapşırıqların 25.2%-ni həll edə bilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu cür testlərdə digər süni zəka modellərinin göstəriciləri heç 2%-i belə keçmir. Qeyd etmək lazımdır ki, məntiq yürüdə bilən süni zəka modellərinin çalışmaları üçün daha böyük hesablama gücü lazım olur. Müvafiq olaraq onların istifadəsi də daha baha başa gəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Videolarda insanları realistik şəkildə qocaldan və cavanlaşdıran süni zəka alqoritmi hazırlanıb (VİDEO)
    videolarda-insanlari-realistik-sekilde-qocaldan-ve-cavanlasdiran-suni-zeka-alqoritmi-hazirlanib-video
    Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
    suni-intellekt-15-milyard-illik-tekamulun-sirrini-ortaya-cixarib
    OpenAI yaxın zamanda o3 adlı yeni süni zəka sistemini anons edə bilər
    openai-yaxin-zamanda-o3-adli-yeni-suni-zeka-sistemini-anons-ede-biler
    Meta da OpenAI şirkətinin kommersiya məqsədli şirkət olmaq istəməsinə qarşıdır
    meta-da-openai-sirketinin-kommersiya-meqsedli-sirket-olmaq-istemesine-qarsidir
    Google məntiq yürüdə bilən süni intellektini təqdim edib!
    google-mentiq-yurude-bilen-suni-intellektini-teqdim-edib