main-post-cover

    ABŞ sanksiyalarından sonra Huawei ilk dəfə Çin smartfon bazarında liderliyini geri qaytarıb

    Tech-Biznes
    22.01.2025
    Emil Nəcəfov
          Counterpoint Research şirkəti dünyanın əsas smartfon bazarlarından biri olan Çin bazarının 2024-cü ilin yekunu üzrə statistikasını təqdim edib. Təqdim edilmiş statistikaya əsasən Çinin smartfon bazarında liderlər arasında yerdəyişmə baş verib. Beləliklə məlumatda qeyd edilib ki, 2024-cü ilin dördüncü rübündə Huawei şirkəti Çin smartfon bazarında yenidən birinci yerə yüksəlib. Belə ki, o, qeyd edilmiş müddətdə Çin bazarının 18.1% payına sahib olub. Qeyd etmək lazımdır ki, illər əvvəl ABŞ hökuməti tərəfindən Huawei-yə qarşı tətbiq edilmiş sanksiyalardan sonra şirkət ilk dəfədir ki, Çin smartfon bazarında birinci pilləyə yüksəlib. Huawei nova 13Mate 70 kimi seriyaların smartfonlarının satışları nəticəsində şirkətin illik satış göstəricisi 15.5% yüksəlib. Reytinqin ikinci pilləsində Xiaomi şirkəti qərarlaşıb. O, Çin smartfon bazarının 17.2%-nə sahibdir. Üçüncü yeri 17.1%-lik göstərici ilə Apple şirkəti tutub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HyperOS-də kompüter oyunlarının dəstəyi reallaşdırılacaq
    hyperos-de-komputer-oyunlarinin-desteyi-reallasdirilacaq
    Növbəti iPhone SE-nin ekran dizaynı barəsində məlumat verilib
    novbeti-iphone-se-nin-ekran-dizayni-baresinde-melumat-verilib
    Xiaomi 15 Ultra-nın qlobal versiyası rəsmi şəkildə təsdiqlənib
    xiaomi-15-ultra-nin-qlobal-versiyasi-resmi-sekilde-tesdiqlenib
    Bu il ərzində təqdim olunacaq REDMI K90 Pro barəsində ilk məlumatlar təqdim edilib
    bu-il-erzinde-teqdim-olunacaq-redmi-k90-pro-baresinde-ilk-melumatlar-teqdim-edilib
    Apple şirkəti Powerbeats Pro 2 naqilsiz qulaqlığını satışa çıxartmağa hazırlaşır
    apple-sirketi-powerbeats-pro-2-naqilsiz-qulaqligini-satisa-cixartmaga-hazirlasir