main-post-cover

    TikTok-un Elon Musk tərəfindən alınması nəzərdən keçirilir

    Tech-Biznes
    15.01.2025
    Emil Nəcəfov
         Hələ keçən ilin aprel ayında Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti 19 yanvar tarixinə kimi TikTok-u ABŞ-ın yerli şirkətlərindən birinə satmalıdır. Əks halda bu sosial platforma ABŞ ərazisində bloklanacaq. TikTok öz növbəsində bu qanun layihəsinin ləğv edilməsinə və ya onun icrasının təxirə salınmasına nail olmaq üçün bir neçə müddət bundan öncə ABŞ Ali Məhkəməsinə müraciət etdi. Lakin 10 yanvar tarixində ABŞ Ali Məhkəməsi qeyd edilmiş qanun layihəsinin icrasının lehinə qərar çıxartdı.
         Hal-hazırda TikTok administrasiyası vəziyyətdən çıxış yolunu axtarır. Çin hökuməti də bu sosial platformanın ByteDance şirkətinin əlində qalmasında istəklidir. Buna baxmayaraq məlumata əsasən Çində TikTok-un Elon Musk tərəfindən alınması variantı nəzərdən keçirilir. Məlumatda qeyd edilib ki, Musk öz növbəsində TikTok-u X-in (keçmiş Twitter) nəzarəti altına sala və onların bizneslərini birləşdirə bilər. Bu halda X həm yeni reklamçıları özünə cəlb edəcək həm də Musk süni zəka texnologiyalarının inkişaf etdirilməsində TikTok-un məlumatlarından istifadə edə biləcək.
         Çin hökuməti bu nöqteyi nəzərdən Donald Trump administrasiyası ilə əlaqələrini yaxşılaşdırmaq üçün şans görür. Qeyd etmək lazımdır ki, Musk-ın artıq Çində bir biznesi mövcuddur. Söhbət, Tesla-nın Şanxaydakı elektromobil istehsalı ilə məşğul olan zavodundan gedir. Bunun sayəsində Musk-ın nüfuzu çinli məmurlar arasında yüksəlib. Nəticədə Musk iki ölkə arasındakı danışıqlarda körpü rolunu oynaya bilər. Nəticə etibarilə Musk-ın TikTok-u alıb-almayacağı yaxın zamanda bilinəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
    neuralink-oz-beyin-implantini-ucuncu-pasiente-implantasiya-edib
    ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar
    abs-dovlet-qurumlari-openai-sirketine-qarsi-olan-mehkeme-iddiasinda-elon-musk-in-terefini-tutublar
    X-də (keçmiş Twitter) ödənişli qeydiyyat planlaşdırılır
    x-de-kecmis-twitter-odenisli-qeydiyyat-planlasdirilir
    TikTok planetimizin atmosferini ən çox çirkləndirən sosial şəbəkədir
    tiktok-planetimizin-atmosferini-en-cox-cirklendiren-sosial-sebekedir
    Donald Trump məhkəmədən TikTok-un ABŞ-da hələlik bloklanmamasını xahiş edib
    donald-trump-mehkemeden-tiktok-un-abs-da-helelik-bloklanmamasini-xahis-edib