main-post-cover

    2024-cü ilin əsas ifadəsi açıqlanıb

    Elm & Texnologiya
    06.01.2025
    Emil Nəcəfov
         Oksford lüğəti 2024-cü ilin əsas ifadəsini təyin edib. Maraqlısı ondadır ki, 2024-cü ilin təyin edilmiş əsas ifadəsi ilk dəfə ABŞ yazıçısı və filosofu Henry David Thoreau-nun 1854-cü ildə dərc edilmiş “Walden; or, Life in the Woods” adlı kitabında istifadə edilmişdi. Söhbət, “Brain rot” ifadəsindən gedir. Bu ifadə hərfi tərcümədə beyin çürüməsi mənasını verir. Məcazi məna daşıyan bu ifadə indiki zamanda aktualdır. Belə ki, beyin çürüməsi dedikdə Oksford lüğətinin müəllifləri həddindən çox kontent istehlakı prosesi zamanı insanın psixi və ya intellektual vəziyyətinin pisləşməsini nəzərdə tuturlar. Bu anlayışın altında sosial şəbəkələrdə və ya videoservislərdə ana səhifənin dayanmadan aşağı istiqamətə sürüşdürülməsini misal gətirmək olar. Sözügedən ifadə ilk dəfə 1854-cü ildə dərc edilmiş kitabda istifadə edilmiş olsa da, müasir dünyada virtual həyatın insanın ayrılmaz hissəsinə çevrilməsi səbəbilə o, yeni məna kəsb etməyə başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsan beyninin düşüncə sürəti təyin edilib
    insan-beyninin-dusunce-sureti-teyin-edilib
    Alimlər yeni bir metodla xərçəng hüceyrələrini normal bir hüceyrəyə çevirə biliblər!
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerini-normal-bir-huceyreye-cevire-bilibler
    Cənubi Koreya, TSMC-ya bənzər şirkət yaratmağa hədəflənib
    cenubi-koreya-tsmc-ya-benzer-sirket-yaratmaga-hedeflenib
    Google-un yeni kvant çipi paralel kainatların mövcudluğunu sübut edə bilər!
    google-un-yeni-kvant-cipi-paralel-kainatlarin-movcudlugunu-subut-ede-biler
    Eşitmə probleminin müalicəsində inqilab: Dünyanın ən qəribə iynəsi hazırlanıb!
    esitme-probleminin-mualicesinde-inqilab-dunyanin-en-qeribe-iynesi-hazirlanib