Dronları ovlamaq üçün çox ucuz və inqilabi bir metod hazırlanıb!
Elm & Texnologiya
27.12.2024
Farid Pardashunas
Böyük Britaniya Müdafiə Nazirliyi yalnız radio dalğalarından istifadə edərək pilotsuz uçuş aparatlarını zərərsizləşdirə bilən və bunu çox az büdcə ilə həyata keçirən futuristik bir silahı sınaqdan keçirir.
Radio Frequency Directed Energy Weapon (RFDEW) adlanan bu sistemin hər bir “atışı” cəmi 13 sentə (təxminən 0.22 AZN) başa gəlir. Böyük Britaniya Qərbi Uelsdə bu qabaqcıl texnologiyalı silahın ilk canlı sınaqlarını uğurla başa çatdırıb. RFDEW lazer əsaslı enerji silahlarından fərqli olaraq, yüksək güclü radio dalğalarından istifadə edərək dronların və raketlərin daxili elektronikasını zərərsizləşdirir.
Müasir döyüş şəraitində dronların rolu böyükdür və artıq onlarla sürü şəklində hücumlar təşkil etmək mümkündür. Bu vəziyyət lazer əsaslı silahların sürü şəklində hücumlara cavab verməkdə çətinlik çəkməsinə səbəb olur, çünki lazer silahları fərdi hədəflərə qarşı daha effektivdir. Lakin RFDEW bu sahədə üstün performans nümayiş etdirir. Sınaqlarda sistem 1 kilometr məsafəyə qədər bir neçə dronu aşkar edərək izləməyi və onları zərərsizləşdirməyi bacarıb. RFDEW-nin hər bir atışının cəmi 13 sentə başa gəlməsi sistemin iqtisadi cəhətdən səmərəliliyini göstərir. Üstəlik, yüksək avtomatlaşdırma səviyyəsinə malik olan sistemin bir nəfər tərəfindən asanlıqla idarə olunması onu gələcək hərbi əməliyyatlar üçün cəlbedici edir.
Sistem yalnız hava təhdidləri ilə məhdudlaşmır, həmçinin quru və dəniz üzərindəki təhlükələrə qarşı da effektiv olur. Bu çoxfunksionallığı RFDEW-ni müasir döyüş sahələrində çox yönlü bir vasitəyə çevirir. Hər hansı bir hərbi nəqliyyat vasitəsinə inteqrasiya edilə bilməsi isə onun istifadəsini daha da asanlaşdırır. RFDEW-nin inkişafında Thales rəhbərliyində QinetiQ və Teledyne e2v kimi önəmli müdafiə şirkətlərinin əməkdaşlıq etdiyi vurğulanır. Müdafiə naziri Maria Eagle bu yeni texnologiyanı "oyunu dəyişdirən" bir silah kimi təsvir edərək, ölkənin inkişaf edən təhdidlərə qarşı üstünlüyünü qorumaq üçün böyük bir addım adlandırıb. Bununla belə, sistemin aktiv əməliyyatlarda istifadəsi üçün əlavə sınaqlar və dəqiqləşdirmələr tələb olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəş enerjisi ilə stratosferdə uça bilən nəhəng hərbi pilotsuz təyyarə sınaqdan keçirilib!
Günəş enerjisi ilə stratosferdə uça bilən nəhəng hərbi pilotsuz təyyarə sınaqdan keçirilib!
ABŞ və Yapon şirkətləri yüksək hündürlükdə platforma stansiyası kimi xidmət edəcək günəş enerjili hava vasitəsi hazırlayıblar. 78 metrlik qanada sahib pilotsuz uçuş aparatı (PUA), 68 kiloqrama qədər yük daşıya bilir.
Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Çinin Shenzhen Bay Parkında Milli Gün qeyd etmələrinin əvvəlində 10.197 drondan ibarət möhtəşəm dron şousu keçirilib və 2 dünya rekordu qırılıb.
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Britaniyanın Apian adlı startapı, dron istehsalçısı olan Wing şirkəti və Britaniya Milli Səhiyyə Xidməti birlikdə maraqlı bir proqramı işə salıblar.
Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)
Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)
Çinin Shenzhen şəhərində 8100 drondan istifadə edilməklə dünyanın ən böyük dron nümayişi həyata keçirilib.
Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Hidrogenlə işləyən yeni "Tianmushan No. 1" pilotsuz uçuş aparatı, Çində problemsiz şəkildə qalxış və eniş edə bilib. Yeni pilotsuz uçuş aparatı, 100 km məsafə qət edə bilən dünyanın hidrogenlə işləyən ilk dronudur.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ