MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdim edilib
Elm & Texnologiya
23.12.2024
Emil Nəcəfov
MediaTek şirkəti daha öncə də söz vermiş olduğu kimi yeni subflaqman prosessorunu təqdim edib. Söhbət, MediaTek Dimensity 8400 prosessorundan gedir. Beləliklə bu yeni prosessor TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessor 8 nüvəlidir və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşiblər. Bu isə o deməkdir ki, Dimensity 8400 özündə 3.25 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A725 nüvəsini, 3.0 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A725 nüvəsini və 2.1 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A725 nüvəsini birləşdirir.
Şirkət bildirib ki, Dimensity 8300 ilə müqayisədə Dimensity 8400 prosessoru çox nüvəli çalışma rejimində 41% daha yüksək performans sərgiləyir. Onun enerji sərfiyyatı isə Dimensity 8300-ün enerji sərfiyyatından 44% daha aşağıdır. Bu yeni prosessorda qrafik imkanlardan Mali-G720 çipi cavabdehdir.
Prosessor özündə bütün əsas böyük dil modellərini dəstəkləyən NPU 880 adlı neyron çipini də birləşdirir. Dimensity 8400 prosessoru 120 Hz-lik təsvir yenilənməsinə sahib WQHD+ keyfiyyətli və 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları dəstəkləyir. Üstəlik prosessorda 320 MP-ə kimi olan kameraların, LPDDR5X standartlı RAM yaddaşlarının, Wi-Fi 6E-nin və Bluetooth 5.4-ün dəstəkləri reallaşdırılıb. Dimensity 8400-ə sahib ilk smartfonlar yaxın zamanda təqdim olunacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek Dimensity 8400 prosessorunun təqdimatı elan edilib
MediaTek Dimensity 8400 prosessorunun təqdimatı elan edilib
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti bu ayın sonuna kimi yeni subflaqman prosessorunu təqdim edəcək. Söhbət, MediaTek Dimensity 8400-dən gedir.
Təqdimata hazırlaşan MediaTek Dimensity 8400 prosessorunun texniki imkanları açıqlanıb
Təqdimata hazırlaşan MediaTek Dimensity 8400 prosessorunun texniki imkanları açıqlanıb
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti bu ayın sonuna kimi yeni subflaqman prosessorunu təqdim edəcək. Söhbət, Dimensity 8400 prosessorundan gedir.
MediaTek-in subflaqman Dimensity 8400 prosessorunun özəllikləri açıqlanıb
MediaTek-in subflaqman Dimensity 8400 prosessorunun özəllikləri açıqlanıb
MediaTek şirkəti hal-hazırda Dimensity 8400 adlı yeni subflaqman prosessoru üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində hazırlanan bu prosessor barəsində təfərrüatları təqdim edib.
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində yeni təfərrüatlar təqdim edilib
MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində yeni təfərrüatlar təqdim edilib
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, MediaTek və NVIDIA birgə şəkildə desktop prosessor üzərində çalışırlar. Lakin həmin vaxtdan bu mövzu ilə bağlı yeni məlumat ortaya çıxmamışdı.
MediaTek 9400 flaqman prosessoru təqdim edilib
MediaTek 9400 flaqman prosessoru təqdim edilib
MediaTek şirkəti öz yeni flaqman prosessoru olan Dimensity 9400-ü rəsmi şəkildə təqdim edib. Beləliklə Dimensity 9400 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o özündə 8 nüvəni birləşdirir.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ