MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən 3 istiqamətdə üstün olacaq
Elm & Texnologiya
18.10.2023
Emil Nəcəfov
Artıq gələn həftə Qualcomm şirkəti özünün yeni flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim edəcək. Bu smartfon yaxın 1 il ərzində bir çox flaqman Android smartfona quraşdırılacaq. Lakin Snapdragon 8 Gen 3-ün bazardakı ən güclü prosessor olma ehtimalı şübhə altındadır. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Snapdragon 8 Gen 3 prosessoru MediaTek-in yeni flaqman prosessoru olacaq Dimensity 9300-dən 3 istiqamət üzrə geri qalacaq.
Söhbət, CPU, GPU və NPU-nun (neyron çipi) performanslarından gedir. İnsayder bildirib ki, MediaTek Dimensity 9300-ün bu 3 istiqamət hər birindəki performans göstəriciləri Snapdragon 8 Gen 3-dən yüksək olacaq. Son məlumat sızıntılarına əsasən Dimensity 9300 özündə 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirəcək. Prosessorun gələn ay təqdim olunacağı gözlənilir.
Linki kopyala
qualcomm snapdragon 8 gen 3
snapdragon 8 gen 3
mediatek
mediatek dimensity
mediatek dimensity 9300
dimensity 9300
qualcomm
qualcomm snapdragon
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon Summit 2023-ün keçiriləcəyi tarixlər məlum olub
Snapdragon Summit 2023-ün keçiriləcəyi tarixlər məlum olub
Qualcomm şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Snapdragon Summit 2023 tədbirinin keçiriləcəyi tarixlərin əks olunduqları posteri təqdim edib.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ