Orta səviyyəli smartfonlar üçün Snapdragon 7s Gen 3 prosessoru təqdim edilib
Elm & Texnologiya
21.08.2024
Emil Nəcəfov
Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 3 adlı yeni prosessorunu təqdim edib. Qualcomm bildirib ki, yeni prosessor keçən ilki Snapdragon 7s Gen 2-dən 20% daha sürətli çalışır. Snapdragon 7s Gen 3 prosessoru TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb. Prosessor 8 nüvəlidir və onun tərkibində nüvələr “1+3+4” sxemi üzrə yerləşirlər. Yəni prosessor özündə 2.5 GHz tezlikdə çalışan 1 ədəd böyük nüvəni, 2.4 GHz tezlikdə çalışan 3 ədəd performans nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirir.
Keçən ilki Snapdragon 7s Gen 2 ilə müqayisədə Snapdragon 7s Gen 3 prosessoru 20% daha sürətlə çalışan CPU-ya, 40% daha sürətlə çalışan GPU-ya və süni zəka ilə bağlı əməliyyatlarda 30% daha böyük performansa sahibdir. Bütün bunlardan əlavə olaraq Snapdragon 7s Gen 2-dən fərqli olaraq Snapdragon 7s Gen 3-ün enerji sərfiyyatı 12% daha aşağıdır. Üstəlik prosessor NPU AI Engine adlı çip hesabına cihazlarda generativ süni zəka imkanlarına da sahib olacaq. Snapdragon 7s Gen 3 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 200 MP-ə kimi kameraları, 16 GB-a kimi RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, Wi-Fi 6E-ni və Bluetooth 5.4-ü dəstəkləyir. Qualcomm-un bu yeni prosessoruna sahib ilk smartfonlar bu ilin sonuna kimi satışa çıxacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 7s Gen 3 bahalı olmayan smartfonlar üçün gaming istiqamətli prosessor olacaq
Snapdragon 7s Gen 3 bahalı olmayan smartfonlar üçün gaming istiqamətli prosessor olacaq
Qualcomm şirkəti yaxın zamanda Snapdragon 7s Gen 3 prosessorunu təqdim etməlidir. Evan Blass adlı məşhur insayder isə öz növbəsində sözügedən prosessorun özəlliklərini özündə birləşdirən fotonu təqdim edib.
Snapdragon 8 Gen 4 prosessoru iki versiyada istehsal ediləcək
Snapdragon 8 Gen 4 prosessoru iki versiyada istehsal ediləcək
Qualcomm-un Snapdragon 8 Gen 4 prosessorunu təqdim edəcəyi vaxt yavaş-yavaş yaxınlaşır.
Snapdragon 8 Gen 4 prosessoru Geekbench testlərindən keçib
Snapdragon 8 Gen 4 prosessoru Geekbench testlərindən keçib
Artıq məlumdur ki, Qualcomm-un növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 oktyabr ayında təqdim ediləcək.
Qualcomm giriş seqmentli smartfonlar üçün yeni Snapdragon 4s Gen 2 prosessorunu təqdim edib
Qualcomm giriş seqmentli smartfonlar üçün yeni Snapdragon 4s Gen 2 prosessorunu təqdim edib
Keçən il Qualcomm şirkəti giriş seqmentinə aid 5G dəstəkli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 4 Gen 2 prosessorunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim edib. Söhbət, Snapdragon 4s Gen 2 prosessorundan gedir.
Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
Snapdragon 8 Gen 4 flaqman prosessorunun təqdimatına hələ bir neçə ay qalmasına baxmayaraq internetdə onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Həftənin xəbərləri
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy S25 smartfonlarının reklam fotoları ortaya çıxıb
Honor Magic 7 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ