main-post-cover

    Snapdragon 8s Elite prosessoru barəsində yeni təfərrüatlar təqdim edilib

    Elm & Texnologiya
    15.01.2025
    Emil Nəcəfov
         Qualcomm şirkəti keçən ilin oktyabr ayında Snapdragon 8 Elite flaqman prosessorunu təqdim etmişdi. İndi isə şirkət onun subflaqman versiyası olacaq Snapdragon 8s Gen Elite adlı prosessoru üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Snapdragon 8s Elite barəsində bəzi təfərrüatları təqdim edib. İnsayderin sözlərinə əsasən subflaqman prosessor 8 nüvəli olacaq və nüvələr onun tərkibində “1 + 3 + 2 + 2” sxemi üzrə yerləşəcəklər.
          Snapdragon 8 Elite-dən fərqli olaraq Snapdragon 8s Elite-də Qualcomm-un Oryon adlı fərdi nüvələrindən istifadə edilməyəcək. Bunun əvəzinə subflaqman prosessorda Cortex nüvələrindən istifadə ediləcək. Prosessor özündə Cortex-X4Cortex-A720 nüvələrini birləşdirəcək. 1 ədəd nüvə 3.21 GHz tezlikdə, 3 ədəd nüvə 3.01 GHz tezlikdə, 2 ədəd nüvə 2.80 GHz tezlikdə, digər 2 nüvə isə 2.02 GHz tezlikdə çalışacaq. Snapdragon 8s Elite-də qrafik imkanlardan Adreno 830 adlı qrafik çip cavabdeh olacaq. Snapdragon 8s Elite prosessorunun bu ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8 Elite prosessorunun davamçısı gözləniləndən daha tez təqdim oluna bilər
    snapdragon-8-elite-prosessorunun-davamcisi-gozlenilenden-daha-tez-teqdim-oluna-biler
    Qualcomm desktop ARM prosessor üzərində çalışır
    qualcomm-desktop-arm-prosessor-uzerinde-calisir
    Qualcomm-un növbəti flaqman prosessorunun qiyməti 200$-dan yüksək ola bilər
    qualcomm-un-novbeti-flaqman-prosessorunun-qiymeti-200-dan-yuksek-ola-biler
    Qualcomm Snapdragon 8s Elite prosessoru üzərində çalışır
    qualcomm-snapdragon-8s-elite-prosessoru-uzerinde-calisir
    Qualcomm şirkəti Intel-i bütövlüklə almaq ideyasından imtina edib
    qualcomm-sirketi-intel-i-butovlukle-almaq-ideyasindan-imtina-edib