main-post-cover

    Toyota kosmik sahəyə maraq göstərməyə başlayıb

    Elm & Texnologiya
    13.01.2025
    Emil Nəcəfov
         Toyota şirkəti CES 2025 sərgisi çərçivəsində raket quruculuğu sahəsinə maraq göstərdiyini elan edib. Belə ki, o, Yaponiyanın Interstellar Technologies adlı aerokosmik şirkətinə investisiya yatırıb. Bu investisiya öz mövqelərini avtomobil sahəsindən kənara çıxarmaq istəyən Toyota üçün yeni mərhələnin başlanğıcı deməkdir. Qeyd etmək lazımdır ki, Interstellar Technologies şirkəti kosmosu daha əlçatan etmək üçün raketlərin hazırlanması və onların uçuşlarının reallaşdırılması ilə məşğul olur.
         Toyota ilə əməkdaşlıq kosmik sahədə yüngül materialların və yüksək effektivli raketlərin hazırlanması da daxil olmaqla aparıcı texnologiyaların tətbiqi imkanlarını genişləndirəcək. Gözləntilərə əsasən iki şirkətin sahib olduğu təcrübənin birləşimi innovasiyaların ortaya çıxmasına təkan verəcək. “Biz həmçinin raketləri də analiz edirik. Çünki gələcək Yer kürəsi və ya bir avtomobil şirkəti ilə məhdudlaşmamalıdır” - deyə Toyota rəsmiləri bildiriblər. Toyota-nın bu addımı onun hidrogen energetikasısüni zəka sahələrindəki texnologiyalarını inkişaf etdirməsi ilə üst-üstə düşür. Nəticədə şirkət müxtəlif növ layihələrdə iştirak edə və özünü sınaya bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Toyota-nın insanabənzər robotu ən uzaq məsafədən basketbol atmaq üzrə yeni rekord qırıb! (VİDEO)
    toyota-nin-insanabenzer-robotu-en-uzaq-mesafeden-basketbol-atmaq-uzre-yeni-rekord-qirib-video
    Toyota Prius effektiv yanacaq sərfiyyatı mövzusunda dünya rekorduna imza atıb
    toyota-prius-effektiv-yanacaq-serfiyyati-movzusunda-dunya-rekorduna-imza-atib
    Toyota 3D printerdə çap edilmiş gövdəyə sahib off-road avtomobil konseptini sərgiləyib
    toyota-3d-printerde-cap-edilmis-govdeye-sahib-off-road-avtomobil-konseptini-sergileyib
    Toyota, Mazda, Honda, Suzuki və Yamaha markalı avtomobil istifadəçilərinin diqqətinə: Avtomobilinizdə təhlükəsizlik problemləri ola bilər!
    toyota-mazda-honda-suzuki-ve-yamaha-markali-avtomobil-istifadecilerinin-diqqetine-avtomobilinizde-tehlukesizlik-problemleri-ola-biler
    Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
    toyota-nissan-ve-honda-yeni-nesil-avtomobiller-ucun-guclerini-birlesdirir