main-post-cover

    “Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

    Digər
    10.01.2025
    Emil Nəcəfov
         Abunəçilərinə ən yaxşı rəqəmsal  təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür. 
         Bu yenilik Müştəri Dəyərinin İdarəedilməsi platformasının “Azercell” tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla “Üstünlüklər” bölümündə tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur. Sadələşdirilmiş aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən yararlanmaq imkanı verir. 
            Xatırladaq ki, “iOS” və “Android” sistemlərini dəstəkləyən müştəri-yönümlü “Azercell” tətbiqini “AppStore” və ya “Google Play”dən yükləmək mümkündür.
           Ətraflı məlumat üçün: https://www.azercell.com/az/
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü
    azercell-isci-rifahi-2024-mukafatina-layiq-goruldu
    “Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci
    azercell-konullulerinden-usaqlara-bayram-sevinci
    Azercell-dən Yeni il kampaniyası!
    azercell-den-yeni-il-kampaniyasi
    “Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində!
    apple-pay-ve-google-pay-odenis-usullari-ilk-defe-olaraq-azercell-tetbiqinde
    Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
    azercell-in-desteyi-ile-daha-bir-informatika-dusergesi-bas-tutub