main-post-cover

    Apple iPhone-da Face ID-nin ekranın alt hissəsinə yerləşdirilmə üsulunu tapıb

    Cihazlar+
    17.01.2025
    Emil Nəcəfov
         Apple tərəfindən son zamanlarda əldə edilmilş bir neçə patentə əsasən şirkət iPhone ekranlarındakı Dynamic Island çıxıntısının ölçüsünü maksimal dərəcədə kiçiltmək istəyir. Belə ki, şirkət Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsinə hədəflənib. Apple tərəfindən əldə edilmiş yeni patentə əsasən şirkət bunu problemsiz şəkildə necə reallaşdırmağın yolunu tapıb. Bu ideyanın reallaşdırılmasında əsas problem ondan ibarətdir ki, infraqırmızı şüalanma ekran daxilindən pis keçiriciliyə sahibdir.
         Bu öz növbəsində üz skanı prosesini ləngidir və Face ID sensorunun dəqiq şəkildə çalışmamasına səbəb olur. Daha öncə Apple bu problemi ekranın müəyyən sahəsindəki piksellərin deaktiv edilməsi vasitəsilə aradan qaldırmağa çalışırdı. Lakin yeni patentdə daha sadə üsul əks olunub. Yeni üsul çərçivəsində ekran matrisasındakı müəyyən subpiksellərin aradan qaldırılması nəzərdə tutulub. Bu öz növbəsində ekranın Face ID skanerinin yerləşdirilmiş olduğu hissəsində ekran keçiriciliyini yaxşılaşdıracaq. Bu yeni texnologiya bu ilin ikinci yarısında təqdim ediləcək iPhone 17 smartfon seriyasında istifadə edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPhone SE-nin maketlərinin fotoları təqdim edilib
    novbeti-iphone-se-nin-maketlerinin-fotolari-teqdim-edilib
    iPhone 17 Air və Galaxy S25 Slim kiçik həcmli batareyaya sahib ola bilərlər
    iphone-17-air-ve-galaxy-s25-slim-kicik-hecmli-batareyaya-sahib-ola-bilerler
    iPad Air 2025 planşetinin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
    ipad-air-2025-plansetinin-hansi-prosessoru-elde-ede-bileceyi-aciqlanib
    Apple bu il növbəti Watch SE smart saatını təqdim edəcək
    apple-bu-il-novbeti-watch-se-smart-saatini-teqdim-edecek
    11-ci nəsil iPad planşetinin nə zaman satışa çıxacağı açıqlanıb
    11-ci-nesil-ipad-plansetinin-ne-zaman-satisa-cixacagi-aciqlanib