main-post-cover

    Ekranı böyüdülə bilən Lenovo ThinkBook Plus Gen 6 Rollable noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.01.2025
    Emil Nəcəfov
         Lenovo şirkəti ekran ölçüsü böyüdülən noutbukunu təqdim edib. Sözügedən noutbuk Lenovo ThinkBook Plus Gen 6 Rollable adlanır. Noutbuk ekranının standart ölçüsü 14 düym təşkil edir. Lakin istifadəçi istədiyi zaman onun ölçüsünü 16.7 düymə kimi böyüdə bilər. Bu, ekranın yuxarı istiqamətə uzanması hesabına baş verir. Ekran ölçüsünü dəyişmək üçün klaviaturadakı xüsusi düyməyə klikləmək və ya veb kameraya əl jesti etmək lazımdır. Noutbukun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyən OLED ekrandır və onun maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir.
         Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Lenovo ThinkBook Plus Gen 6 Rollable noutbukunun ekranı Samsung tərəfindən istehsal edilib. Noutbuk Intel Core Ultra 7 258 В prosessoru vasitəsilə çalışır və o özündə inteqrasiya edilmiş Intel Arc 140 В qrafikasını birləşdirir. Noutbukun gövdə qalınlığı 19.9 mm, çəkisi isə 1.7 kq təşkil edir. Şirkət onun barəsində digər bir məlumat verməyib. Lakin şirkət bildirib ki, Lenovo ThinkBook Plus Gen 6 Rollable bu ilin birinci rübündə satışa çıxacaq və onun minimal konfiqurasiyada qiyməti 2799 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo Legion Tab Gen 3 gaming planşeti təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-tab-gen-3-gaming-planseti-teqdim-edilib-qiymeti
    Lenovo Legion Pro 7i 16 Gen 10 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-pro-7i-16-gen-10-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Büdcəli Lenovo Tab planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-lenovo-tab-planseti-teqdim-edilib-qiymeti
    Lenovo-nun yaxın zamanda təqdim edəcəyi 4 yeni planşetin render fotoları ortaya çıxıb
    lenovo-nun-yaxin-zamanda-teqdim-edeceyi-4-yeni-plansetin-render-fotolari-ortaya-cixib
    Lenovo Legion Go S-in render fotoları və texniki imkanları ortaya çıxıb
    lenovo-legion-go-s-in-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib