main-post-cover

    OnePlus-ın kompakt ölçülü smartfonunun bəzi texniki imkanları açıqlanıb

    Cihazlar+
    08.01.2025
    Emil Nəcəfov
         Hələ keçən ilin sonuna yaxın məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti kompakt ölçülü smartfon üzərində çalışır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder hazırlanan bu smartfonun bəzi texniki təfərrüatlarını bölüşüb. Məlumatda qeyd edilib ki, OnePlus tərəfindən hazırlanan kompakt ölçülü smartfon 1.5K keyfiyyətli 6.31 düym ölçülü LTPO ekranla təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanacaq.
         Smartfonun gövdə ətrafı çərçivəsi metal materialdan hazırlanacaq. İnsayderin sözlərinə inansaq, bu smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Smartfonun kameraları barəsində dəqiq bir məlumat olmasa da, insayder qeyd edib ki, smartfon 50 MP + 50 MP + 8 MP üçlü arxa kameranı əldə edə bilər. Çox güman ki, şirkət kompakt ölçülü smartfonunun prototipini məhz bu göstəricilərdə kameralar ilə təchiz edib. OnePlus-ın kompakt ölçülü smartfonunun necə adlanacağı və nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13R smartfonu təqdim edilib - QİYMƏTİ
    oneplus-13r-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus 13-ün qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    oneplus-13-un-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Qatlana bilən OnePlus Open 2-nin ilk render fotoları təqdim edilib
    qatlana-bilen-oneplus-open-2-nin-ilk-render-fotolari-teqdim-edilib
    OnePlus Buds Ace 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    oneplus-buds-ace-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Yeni OnePlus Pad planşeti təqdim edilib - QİYMƏTİ
    yeni-oneplus-pad-planseti-teqdim-edilib-qiymeti