main-post-cover

    Qatlana bilən OPPO Find N5 smartfonunun əsas özəlliklərindən biri rəsmi şəkildə sərgilənib

    Cihazlar+
    15.01.2025
    Emil Nəcəfov
         OPPO şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında hələ təqdim edilməmiş OPPO Find N5 adlı qatlana bilən smartfonunun ilk tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer foto sözügedən yeni qatlana bilən smartfonun əsas özəlliklərindən birini əks etdirir. Tizer fotoya əsasən OPPO Find N5 smartfonu ultra nazik gövdəyə sahib olacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda qatlana bilən smartfonlar bazarında ən nazik gövdə Honor Magic V3 smartfonundadır.
            Lakin görünür, OPPO Find N5 smartfonu bu mövzuda hətta Honor Magic V3-ü də geridə qoyacaq. Bununla yanaşı tizer fotodan da görmək olar ki, OPPO Find N5 smartfonu yastı gövdəni və yuvarlaq formalı künc hissələri əldə edəcək. Smartfonun texniki imkanları ilə bağlı hələ rəsmi bir məlumat yoxdur. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, OPPO Find N5 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Bu yeni qatlana bilən smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find X8 Mini smartfonunun texniki imkanları açıqlanıb
    oppo-find-x8-mini-smartfonunun-texniki-imkanlari-aciqlanib
    OPPO şirkəti OPPO Find X8s smartfonu üzərində çalışır
    oppo-sirketi-oppo-find-x8s-smartfonu-uzerinde-calisir
    OPPO kompakt ölçülü Find X8 Mini smartfonu üzərində çalışmış ola bilər
    oppo-kompakt-olculu-find-x8-mini-smartfonu-uzerinde-calismis-ola-biler
    Dözümlü gövdəyə sahib OPPO A5 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-oppo-a5-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Gələn il təqdim olunacaq OPPO Find X8 Ultra-nın bəzi texniki imkanları açıqlanıb
    gelen-il-teqdim-olunacaq-oppo-find-x8-ultra-nin-bezi-texniki-imkanlari-aciqlanib