main-post-cover

    Samsung Galaxy Tab Active 5 Pro və Galaxy Tab S10 FE planşetləri barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    17.01.2025
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung hal-hazırda Galaxy Tab Active 5 ProGalaxy Tab S10 FE planşetləri üzərində çalışır. Məlumatda qeyd edilib ki, Galaxy Tab Active 5 Pro planşeti dözümlü gövdəsi ilə seçiləcək və Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq. O, keçən ilin yanvar ayında təqdim edilmiş Galaxy Tab Active 5 planşetinin davamçısı rolunda çıxış edəcək. Gözləntilərə əsasən bu planşetin Wi-Fi5G dəstəkli versiyaları olacaq. Galaxy Tab S10 FE planşetinə gəldikdə isə məlumata əsasən o, Exynos 1580 prosessorunu əldə edəcək. Çox güman ki, Galaxy Tab Active 5 Pro planşeti artıq yaxın zamanda, Galaxy Tab S10 FE planşeti isə bu ilin ikinci yarısında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy AI ekosisteminin yeni süni zəka funksiyalarının siyahısı təqdim edilib
    samsung-galaxy-ai-ekosisteminin-yeni-suni-zeka-funksiyalarinin-siyahisi-teqdim-edilib
    Samsung Galaxy A26 5G smartfonu təqdimata hazırlaşır
    samsung-galaxy-a26-5g-smartfonu-teqdimata-hazirlasir
    Samsung yeni orta səviyyəli smartfonlarında proqram təminatı dəstəyinin müddətini uzadacaq
    samsung-yeni-orta-seviyyeli-smartfonlarinda-proqram-teminati-desteyinin-muddetini-uzadacaq
    iPhone 17 Air və Galaxy S25 Slim kiçik həcmli batareyaya sahib ola bilərlər
    iphone-17-air-ve-galaxy-s25-slim-kicik-hecmli-batareyaya-sahib-ola-bilerler
    Samsung Galaxy S25 Slim-in ilk render fotoları təqdim edilib
    samsung-galaxy-s25-slim-in-ilk-render-fotolari-teqdim-edilib