main-post-cover

    Xiaomi MIX Flip 2-nin prosessoru və digər texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    07.01.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti bu il ərzində qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməlidir. Keçən ayın sonunda məlum oldu ki, Xiaomi MIX Flip 2 dəqiq şəkildə qlobal bazarda satışa çıxacaq. Belə ki, onun qlobal versiyası Avropa İqtisadi Komissiyasında qeydiyyatdan keçmişdi. İndi isə sözügedən smartfon barəsində yeni təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Xiaomi MIX Flip 2 smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, birinci nəsil Xiaomi MIX Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır.
         Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, yeni smartfon 5600-5700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu isə birinci nəsil Xiaomi MIX Flip-in batareya həcmindən (4780 mAh) daha böyükdür. Məlumata əsasən Xiaomi bu yeni qatlana bilən smartfonun batareya həcmini smartfonun gövdəsinin qalınlığı ilə ölçüsündə heç bir dəyişiklik etmədən böyüdə bilib. Bu isə o deməkdir ki, Xiaomi MIX Flip 2 öz nazik gövdəsini qoruyub saxlayacaq. Üstəlik birinci nəsil Xiaomi MIX Flip ilə müqayisədə Xiaomi MIX Flip 2-nin daha yüngül gövdəyə sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda REDMI 14C 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-redmi-14c-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi bu il 19 cihazının rəsmi dəstəyini dayandıracaq
    xiaomi-bu-il-19-cihazinin-resmi-desteyini-dayandiracaq
    Redmi Note 14 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    redmi-note-14-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    REDMI Note 14 4G smartfonu Geekbench testlərindən keçib
    redmi-note-14-4g-smartfonu-geekbench-testlerinden-kecib
    REDMI Turbo 4 smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-turbo-4-smartfonu-teqdim-edilib-qiymeti