main-post-cover

    REDMI Turbo 4 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.01.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi daha öncə də söz vermiş olduğu kimi REDMI Turbo 4 smartfonunu təqdim edib. REDMI brendinin yeni ildə təqdim etmiş olduğu bu ilk smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI Turbo 4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP66/68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. REDMI Turbo 4 smartfonu MediaTek şirkətinin Dimensity 8400 Ultra adlı yeni prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə REDMI Turbo 4 smartfonu 90 vatt gücündə sürətli şarj texnologiyalı 6550 mAh enerji tutumlu batareyanı özündə birləşdirir. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 300$-dan start götürür. Qlobal bazarda bu yeni smartfon POCO brendi altında bu ay ərzində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Flip 2 gözlənildiyindən daha tez təqdim oluna bilər
    xiaomi-mix-flip-2-gozlenildiyinden-daha-tez-teqdim-oluna-biler
    Xiaomi öz superkompüterini hazırlayır
    xiaomi-oz-superkomputerini-hazirlayir
    Təqdimata hazırlaşan REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-redmi-turbo-4-smartfonu-geekbench-testlerinden-kecib
    Qlobal bazar üçün REDMI 14C 5G smartfonunun təqdimatı anons edilib
    qlobal-bazar-ucun-redmi-14c-5g-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 qlobal bazarda da satışa çıxacaq
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-qlobal-bazarda-da-satisa-cixacaq