main-post-cover

    ChatGPT katib imkanlarını əldə edib

    Proqram Təminatı
    16.01.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti özünün süni zəka əsaslı ChatGPT çat-botuna Tasks adlı funksiyanı əlavə edib. Bu yeni funksiya çat-bota tapşırıqların planlaşdırılması və ona tapşırılmış əmrlərin yerinə yetirilməsi prosesinin müəyyən müddətə kimi təxirə salınması imkanlarını verir. Yəni bu funksiya faktiki olaraq çat-botu bir növ katibə çevirir. Tasks funksiyası sayəsində istifadəçilər mətn formatında sadə sorğulardan istifadə edərək bu çat-botdan bəzi istifadə ssenarilərini avtomatlaşdıra biləcəklər. Tapşırıqların planlaşdırılması rejimində ChatGPT istifadəçi tərəfindən qoyulmuş tapşırığı tanıyaraq onu təqvimə əlavə edir.
    OpenAI
         Məsələn çat-bot iki həftədən sonra istifadəçinin yadına sala bilər ki, hansısa bağlamanı göndərmək lazımdır. Və ya çat-bot hər gün lazımi qədər maye qəbulunu istifadəçinin yadına sala bilər. İstifadəçi tərəfindən təyin olunan tapşırığın bu halda tərkibi müxtəlif ola bilər. Bu rejimdə çat-bot tərəfindən yerinə yetirilən tapşırığın bildirişi ChatGPT tətbiqinin quraşdırılmış olduğu bütün cihazlara gəlir. Digər bir yenilik isə əmrlərin cədvəl üzrə yerinə yetirilməsi imkanıdır. Məsələn çat-bot hər səhər sizi salamlaya, sizə hava proqnozu məlumatlarını, görüləcək müəyyən işlərin siyahısını və s. məlumatları göndərə bilər. Bu yeni imkanlar ChatGPT-nin 4o süni zəka modeli əsasında çalışan versiyasına əlavə edilib və onlar hələ ki, çat-botun ödənişli Plus, TeamPro versiyalarında aktivdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar
    abs-dovlet-qurumlari-openai-sirketine-qarsi-olan-mehkeme-iddiasinda-elon-musk-in-terefini-tutublar
    Microsoft və OpenAI ümumi süni zəka (AGI) mövzusunda razılığa gəliblər
    microsoft-ve-openai-umumi-suni-zeka-agi-movzusunda-raziliga-gelibler
    ChatGPT-nin süni zəka əsaslı axtarış sistemini aldatmaq çox asandır
    chatgpt-nin-suni-zeka-esasli-axtaris-sistemini-aldatmaq-cox-asandir
    OpenAI-ın insanabənzər robot planları üzə çıxıb!
    openai-in-insanabenzer-robot-planlari-uze-cixib
    OpenAI məntiq yürüdə bilən o3 və o3 mini adlı yeni süni zəka modellərini təqdim edib
    openai-mentiq-yurude-bile