main-post-cover

    WhatsApp daxilində süni zəka əsaslı çat-botların yaradılması funksiyası hazırlanır

    Sosial Media
    13.01.2025
    Emil Nəcəfov
         WhatsApp tərtibatçıları messencerdə süni zəka əsaslı fərdi çat-botların yaradılması funksiyasını hazırlayırlar. Bu yeni funksiya messencerin Android üçün nəzərdə tutulmuş 2.25.1.26 nömrəli beta versiyasında aşkar edilib. Daha öncə məlumat ortaya çıxmışdı ki, messencer daxilindəki Communities qovluğu süni zəka qovluğu ilə əvəz ediləcək və həmin qovluqda süni zəka ilə bağlı bütün funksiyalar yerləşəcəklər. Belə funksiyalardan biri isə “AI Character” adlı funksiya olacaq. Adından da bəlli olduğu kimi sözügedən funksiya süni zəka əsaslı fərdi çat-botun yaradılmasına istiqamətlənib. İstifadəçilər çat-botların tapşırıqlarını və məqsədlərini qeyd etməklə onları yarada biləcəklər. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. Belə ki, funksiya hələ hazırlanma mərhələsindədir və hətta messencerin beta versiyasında belə aktiv deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp-ın 2.25.1.17 nömrəli beta versiyasında yeni funksiyalar ortaya çıxıb
    whatsapp-in-225117-nomreli-beta-versiyasinda-yeni-funksiyalar-ortaya-cixib
    WhatsApp yeni dəstək çatı funksiyası üzərində çalışır
    whatsapp-yeni-destek-cati-funksiyasi-uzerinde-calisir
    İran, WhatsApp və Google Play-ə qoyulan qadağaları aradan qaldırıb!
    iran-whatsapp-ve-google-play-e-qoyulan-qadagalari-aradan-qaldirib
    Rusiya 2025-ci ildə WhatsApp-ı bloklamağı planlaşdırır!
    rusiya-2025-ci-ilde-whatsapp-i-bloklamagi-planlasdirir
    Yeni ildən WhatsApp-ın dəstəyi bəzi köhnə Android smartfonlarda dayandırılacaq
    yeni-ilden-whatsapp-in-desteyi-bezi-kohne-android-smartfonlarda-dayandirilacaq