main-post-cover

    Çində dünyanın ən sürətli qatarı təqdim edilib

    Elm & Texnologiya
    15.01.2025
    Emil Nəcəfov
         Pekində CR450 adlı yeni sürət qatarının prototipləri təqdim edilib. Məlumata əsasən sözügedən yeni sürət qatarları saatda 450 km sürət yığa bilirlər. Onların saatda 400 km sürət çərçivəsində istifadə edilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, hal-hazırda CR400 Fuxing seriyasının istifadədə olan sürət qatarları maksimum saatda 350 km sürət yığa bilirlər. China State Railway Group Co. Ltd. şirkəti CR450 qatarlarının texniki imkanlarını optimizasiya etmək və onları yaxın müddətdə istifadəyə vermək üçün onları müxtəlif marşrutlar üzrə test etməyi planlaşdırır.
         Məlumatda qeyd edilib ki, CR400 qatarları ilə müqayisədə CR450 qatarlarının aerodinamik müqavimətləri 22%, ümumi çəkiləri isə 10% aşağı salınıb. Bunun sayəsində qatarların effektivlikləri yüksəlib, enerji sərfiyyatları isə aşağı düşüb. Qatarların əsas sistemlərinin real zaman ərzində monitorinqi prosesində 4000-dən çox sensor iştirak edir. Təkmilləşdirilmiş təcili əyləc sistemi isə səyahətlərin daha təhlükəsiz şəkildə baş tutmasına şərait yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2024-cü ilin əsas ifadəsi açıqlanıb
    2024-cu-ilin-esas-ifadesi-aciqlanib
    Cənubi Koreya, TSMC-ya bənzər şirkət yaratmağa hədəflənib
    cenubi-koreya-tsmc-ya-benzer-sirket-yaratmaga-hedeflenib
    "Harry Potter" film seriyasındakı görünməzlik mantiyasına bənzər material hazırlanıb
    harry-potter-film-seriyasindaki-gorunmezlik-mantiyasina-benzer-material-hazirlanib
    Almaza milyonlarla il ərzində qala biləcək məlumatların yazılması texnologiyası hazırlanıb
    almaza-milyonlarla-il-erzinde-qala-bilecek-melumatlarin-yazilmasi-texnologiyasi-hazirlanib
    ABŞ Müdafiə Nazirliyi döyüş meydanında beyin travmasını skan edəcək texnologiyanı əldə edə bilər
    abs-mudafie-nazirliyi-doyus-meydaninda-beyin-travmasini-skan-edecek-texnologiyani-elde-ede-biler