main-post-cover

    İnsanlar öz smartfonlarını gün ərzində 200 dəfədən çox yoxlayırlar

    Elm & Texnologiya
    15.01.2025
    Emil Nəcəfov
         Counterpoint Research şirkətinin aparmış olduğu tədqiqata əsasən 2024-cü ildə insanlar gün ərzində ortalama olaraq 205 dəfə smartfonlarını yoxlayıblar. Bu o deməkdir ki, yuxu prosesini saymasaq, istifadəçilərin çoxu öz smartfonları ilə hər 5 dəqiqədən bir qarşılıqlı əlaqədə olurlar. Aparılmış tədqiqat onu göstərib ki, smartfonu daimi şəkildə yoxlamaq artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu davranış insanların özəl və professional tərəflərinə təsir göstərir. Məlumatda qeyd edilib ki, smartfonla daimi qarşılıqlı əlaqə əsasən messencerlərlə, sosial şəbəkələrlə və bildirişlərlə əlaqəlidir.
         Tədqiqatda qeyd edilib ki, istifadəçilərin 40%-i hətta heç bir məqsəd olmadan smartfonların ekranlarını aktivləşdirirlər. Bu isə öz növbəsində avtomatik davranış patternlərinin formalaşmasından xəbər verir. Mütəxəssislər bunu tətbiqlərdən istifadə hallarının artması ilə əlaqələndirirlər. Bu məsələnin narahatedici tərəfi ondadır ki, istifadəçilərin çoxu smartfonlardan həddən artıq istifadənin mənfi nəticələrə səbəb olduğunu etiraf edib. Bu cür mənfi nəticələr arasında yuxu pozğunluğu, produktivliyin aşağı düşməsi və ünsiyyətdə problemlər var. Mütəxəssislər belə halların yaşanmaması üçün smartfondan istifadə müddətinin məhdudlaşdırılmasını və bildirişlərin deaktiv edilməsini məsləhət görürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    2024-cü ilin əsas ifadəsi açıqlanıb
    2024-cu-ilin-esas-ifadesi-aciqlanib
    İnsan beyninin düşüncə sürəti təyin edilib
    insan-beyninin-dusunce-sureti-teyin-edilib
    Alimlər yeni bir metodla xərçəng hüceyrələrini normal bir hüceyrəyə çevirə biliblər!
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerini-normal-bir-huceyreye-cevire-bilibler
    Google-un yeni kvant çipi paralel kainatların mövcudluğunu sübut edə bilər!
    google-un-yeni-kvant-cipi-paralel-kainatlarin-movcudlugunu-subut-ede-biler
    Eşitmə probleminin müalicəsində inqilab: Dünyanın ən qəribə iynəsi hazırlanıb!
    esitme-probleminin-mualicesinde-inqilab-dunyanin-en-qeribe-iynesi-hazirlanib