main-post-cover

    MediaTek Dimensity 9500 flaqman prosessoru barəsində ilk məlumatlar verilib

    Elm & Texnologiya
    29.12.2024
    Emil Nəcəfov
         MediaTek şirkəti oktyabr ayında Dimensity 9400 adlı flaqman prosessorunu təqdim etmişdi. Son məlumatlara əsasən isə şirkət artıq növbəti flaqman prosessorunun hazırlanmasına start verib. Söhbət, Dimensity 9500 prosessorundan gedir. Ortaya çıxmış yeni məlumatda qeyd edilib ki, Dimensity 9500 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
        Prosessor özündə ARM Cortex-X930Cortex-A730 nüvələrini birləşdirməlidir. Məlumata əsasən prosessorda nüvələr “2 + 6” sxemi üzrə yerləşəcəklər. Bunun sayəsində bu yeni prosessor gələn il təqdim olunacaq Snapdragon 8 Elite 2Apple A19 prosessorları ilə daha yaxşı rəqabət apara biləcək. Gözləntilərə əsasən Dimensity 9500-ün çox nüvəli çalışma rejimində performansı 20% artacaq. Prosessorun gələn ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek Dimensity 8400 subflaqman prosessoru təqdim edilib
    mediatek-dimensity-8400-subflaqman-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 8400 prosessorunun təqdimatı elan edilib
    mediatek-dimensity-8400-prosessorunun-teqdimati-elan-edilib
    Təqdimata hazırlaşan MediaTek Dimensity 8400 prosessorunun texniki imkanları açıqlanıb
    teqdimata-hazirlasan-mediatek-dimensity-8400-prosessorunun-texniki-imkanlari-aciqlanib
    MediaTek-in subflaqman Dimensity 8400 prosessorunun özəllikləri açıqlanıb
    mediatek-in-subflaqman-dimensity-8400-prosessorunun-ozellikleri-aciqlanib
    MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində yeni təfərrüatlar təqdim edilib
    mediatek-ve-nvidia-nin-birge-hazirladiqlari-desktop-prosessor-baresinde-yeni-teferruatlar-teqdim-edilib