main-post-cover

    Snapdragon 8s Elite prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    16.01.2025
    Emil Nəcəfov
         Heç şübhəsiz Qualcomm hal-hazırda Snapdragon 8 Elite prosessorunun subflaqman versiyası olacaq Snapdragon 8s Elite üzərində çalışır. Dünən biz hazırlanan bu yeni prosessor barəsində xəbər vermişdik. İndi isə məlum olub ki, sözügedən yeni prosessor təqdimata hazırlaşan iQOO Z10 Turbo adlı smartfonun tərkibində Geekbench testlərindən keçib. Digital Chat Station ləqəbli məşhur insayder tərəfindən təqdim edilmiş fotoya əsasən Snapdragon 8s Elite prosessoru Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 1967 xal, çox nüvəli testi çərçivəsində isə 5827 xal toplayıb. Qeyd etmək lazımdır ki, son məlumat sızıntısına əsasən Snapdragon 8s Elite 8 nüvəli olacaq və nüvələr onun tərkibində “1 + 3 + 2 + 2” sxemi üzrə yerləşəcəklər. Prosessorda Qualcomm-un fərdi Oryon nüvələrindən deyil, Cortex-X4 Cortex-A720 nüvələrindən istifadə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Snapdragon 8s Elite prosessoru barəsində yeni təfərrüatlar təqdim edilib
    snapdragon-8s-elite-prosessoru-baresinde-yeni-teferruatlar-teqdim-edilib
    Snapdragon 8 Elite prosessorunun davamçısı gözləniləndən daha tez təqdim oluna bilər
    snapdragon-8-elite-prosessorunun-davamcisi-gozlenilenden-daha-tez-teqdim-oluna-biler
    Qualcomm desktop ARM prosessor üzərində çalışır
    qualcomm-desktop-arm-prosessor-uzerinde-calisir
    Qualcomm-un növbəti flaqman prosessorunun qiyməti 200$-dan yüksək ola bilər
    qualcomm-un-novbeti-flaqman-prosessorunun-qiymeti-200-dan-yuksek-ola-biler
    Qualcomm Snapdragon 8s Elite prosessoru üzərində çalışır
    qualcomm-snapdragon-8s-elite-prosessoru-uzerinde-calisir