main-post-cover

    Xiaomi-nin yeni mobil prosessoru Surge S2 adı ilə təqdim oluna bilər

    Elm & Texnologiya
    08.01.2025
    Emil Nəcəfov
         Xiaomi şirkəti 8 il bundan öncə Surge S1 adlı ilk mobil prosessorunu təqdim etmişdi. Sözügedən prosessoru Xiaomi Mi 5c smartfonu əldə etmişdi. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Xiaomi bu il yeni mobil prosessorunu təqdim edəcək. Mi kodunda aşkar edilmiş məlumatda qeyd edilib ki, Xiaomi-nin yeni mobil prosessoru XRing kod adına sahibdir. Lakin nəticədə o, Surge S2 adı ilə təqdim edilə bilər.
         Məlumata əsasən Xiaomi-nin yeni prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq və o, 8 nüvəli olacaq. Prosessor tərkibində nüvələr “1 + 3 + 4” sxemi üzrə yerləşəcəklər. Gözləntilərə əsasən prosessor özündə 1 ədəd Cortex-X3 nüvəsini, 3 ədəd Cortex-A715 nüvəsini və 4 ədəd Cortex-A510 nüvəsini birləşdirəcək. Prosessorda qrafik imkanlardan isə Imagination CXT-48-1536 çipi cavabdeh olmalıdır. Güman olunur ki, onda 5G modem qismində MediaTek-in T90 adlı 5G modemi çıxış edəcək. Çox güman ki, Xiaomi bu il təqdim edəcəyi yeni mobil prosessorunu bəzi flaqman smartfonlarında istifadə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Flip 2-nin prosessoru və digər texniki imkanları ortaya çıxıb
    xiaomi-mix-flip-2-nin-prosessoru-ve-diger-texniki-imkanlari-ortaya-cixib
    Qlobal bazarda REDMI 14C 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-redmi-14c-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Xiaomi bu il 19 cihazının rəsmi dəstəyini dayandıracaq
    xiaomi-bu-il-19-cihazinin-resmi-desteyini-dayandiracaq
    Redmi Note 14 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    redmi-note-14-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    REDMI Note 14 4G smartfonu Geekbench testlərindən keçib
    redmi-note-14-4g-smartfonu-geekbench-testlerinden-kecib