main-post-cover

    Xiaomi öz superkompüterini hazırlayır

    Elm & Texnologiya
    27.12.2024
    Emil Nəcəfov
         Xiaomi artıq öz məhsullarında aktiv şəkildə süni zəka texnologiyalarından istifadə edir. Lakin uzunmüddətli perspektivdə şirkət məhsullarındakı süni zəka funksiyaların sayı daha da artacaq və onlar daha keyfiyyətli olacaqlar. Məsələ burasındadır ki, Xiaomi 10 000 qrafik prosessordan təşkil edilmiş superkompüterini hazırlayır. Məlumata əsasən Xiaomi şirkəti süni zəka sahəsindəki tədqiqatlarına hələ 2016-cı ildə start verib və həmin müddətdən şirkətin bu istiqamətdəki mütəxəssislərinin sayı 6 dəfə artıb.
          Bu ilin əvvəlində şirkət böyük dil modellərinin və neyron şəbəkələrinin təlimatlandırılması üçün nəzərdə tutulmuş 6500 ədəd qrafik prosessora sahib olub. Lakin son zamanlarda şirkət öz qrafik prosessorları sayının 10 000-ə çatdırılması üzrə işlər görüb. Məlumata əsasən superkompüter layihəsinə Xiaomi-nin CEO-su Lei Jun özü şəxsən rəhbərlik edir. Böyük dil modellərinin yaradılması mövzusunda 10 000 qrafik prosessordan təşkil edilmiş sistemlər artıq Çin şirkətləri üçün standart hesab edilir. Bu cür hesablama gücü sayəsində şirkət süni zəka sahəsində aparıcı həllər yarada bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan REDMI Turbo 4 smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-redmi-turbo-4-smartfonu-geekbench-testlerinden-kecib
    Qlobal bazar üçün REDMI 14C 5G smartfonunun təqdimatı anons edilib
    qlobal-bazar-ucun-redmi-14c-5g-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 qlobal bazarda da satışa çıxacaq
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-2-qlobal-bazarda-da-satisa-cixacaq
    Hələ təqdim olunmamış REDMI K80 Ultra-nın hansı prosessoru əldə edəcəyi açıqlanıb
    hele-teqdim-olunmamis-redmi-k80-ultra-nin-hansi-prosessoru-elde-edeceyi-aciqlanib
    REDMI Turbo 4 Pro smartfonu 7000 mAh-dan daha böyük həcmdə batareyanı əldə edə bilər
    redmi-turbo-4-pro-smartfonu-7000-mah-dan-daha-boyuk-hecmde-batareyani-elde-ede-biler