main-post-cover

    Xiaomi şirkəti Sanpdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq planşet üzərində çalışır

    Cihazlar+
    10.01.2025
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi şirkəti Snapdragon 8 Elite prosessoruna sahib planşeti satışa çıxartmağı planlaşdırır. Məlumatda qeyd edilib ki, planşet bu il ərzində təqdim olunacaq. Məlumatda planşetin texniki imkanları barəsində ətraflı məlumat olmasa da, onun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı, planşetin flaqman olacağından xəbər verir.
        Buna görə də planşetin böyük ölçülü ekranı və flaqman texniki imkanları əldə edəcəyini gözləmək olar. Çox güman ki, planşet 8/12/16 GB RAM10 000 mAh-a yaxın batareya həcmini əldə edəcək. Dünən Xiaomi-nin CEO-su Lei Jun rəsmi şəkildə elan etdi ki, şirkət 3 mart tarixində Barselonada start götürəcək MWC 2025 sərgisində iştirak edəcək. Buna görə də heç istisna deyil ki, şirkət Snapdragon 8 Elite prosessorlu planşetini məhz bu sərgi çərçivəsində təqdim etsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO X7 və POCO X7 Pro təqdim olunub - QİYMƏTİ
    poco-x7-ve-poco-x7-pro-teqdim-olunub-qiymeti
    Xiaomi şirkəti MWC 2025 sərgisində iştirakını təsdiqləyib
    xiaomi-sirketi-mwc-2025-sergisinde-istirakini-tesdiqleyib
    REDMI Buds SE adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
    redmi-buds-se-adli-yeni-budceli-naqilsiz-qulaqliq-teqdim-edilib-qiymeti
    Xiaomi-nin yeni mobil prosessoru Surge S2 adı ilə təqdim oluna bilər
    xiaomi-nin-yeni-mobil-prosessoru-surge-s2-adi-ile-teqdim-oluna-biler
    Xiaomi MIX Flip 2-nin prosessoru və digər texniki imkanları ortaya çıxıb
    xiaomi-mix-flip-2-nin-prosessoru-ve-diger-texniki-imkanlari-ortaya-cixib